DataLife Engine > Çap üçün versiya > Aleksandr Səmədov Rusiyanın futbol üzrə yığmasında karyerasını başa vurub
DataLife Engine Azerbaijan Support > İdman > Aleksandr Səmədov Rusiyanın futbol üzrə yığmasında karyerasını başa vurub

Aleksandr Səmədov Rusiyanın futbol üzrə yığmasında karyerasını başa vurub


8-07-2018, 09:49. Yerləşdirdi: memmedov
Moskvanın "Spartak" futbol klubunun yarımmüdafiəçisi Aleksandr Səmədov Rusiya yığmasından getdiyini bildirib. "Report" xəbər verir ki, bu barədə "İnterfax" məlumat yayıb.

Məlumata görə, futbolçu bildirib ki, dünya çempionatında 1/4 final mərhələsinin Xorvatiyaya qarşı matçı onun üçün son qarşılaşma olub. Səmədov 2011-ci ildən Rusiya yığmasında sağ cinah yarımmüdafiəçisi kimi çıxış edib. O, komandada 53 oyun keçirib və 7 qol vurub.

Hazırda Səmədovun 33 yaşı var.

Geri