DataLife Engine > Çap üçün versiya > ""Qarabağ" necə komanda olduğunu ötən mövsüm Çempionlar Liqasında göstərdi"
DataLife Engine Azerbaijan Support > İdman > ""Qarabağ" necə komanda olduğunu ötən mövsüm Çempionlar Liqasında göstərdi"

""Qarabağ" necə komanda olduğunu ötən mövsüm Çempionlar Liqasında göstərdi"


22-08-2018, 19:56. Yerləşdirdi: memmedov
"Sabah bizi çox çətin oyun gözləyir. Keyfiyyətli rəqibdir. Ötən mövsüm də bu komandaya qarşı çıxış etmişik. Onların oyun keyfiyyətlərini bilirik. Lakin bizim şanslarımız böyükdür. Avroliqa təcrübəmizə əsasən, nə etməyin lazım olduğunu bilirik. Baş məşqçinin qarşımıza qoyduğu tapşırığı yerinə yetirməyə və qalib gəlməyə çalışmalıyıq".

"Report" xəbər verir ki, bunu Moldova "Şerif"inin kapitanı Mateo Suşiç avqustun 23-də evdə "Qarabağ"la keçirəcəkləri Avropa Liqasının pley-off mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib. Bosniyalı yarımmüdafiəçi bildirib ki, "Qarabağ" necə komanda olduğunu ötən mövsüm Çempionlar Liqasında göstərdi. Keyfiyyətli oyunçuları var. Demək olar ki, güclü komandadır".

Suşiçin fikrincə, ilk matçın harada olmasının fərqi yoxdur: "Çünki ötən mövsüm birinci oyunumuz səfərdə olmuşdu. Bakıda heç-heçə etsək də, Tiraspolda uduzmuşduq. Bu dəfə necə olacağına baxacağıq. Əlbəttə, doğma meydanda azarkeşlər qarşısında oynamaq daha asandır. Bunu cari mövsüm avrokuboklardakı oyunlarımızın hesabları da göstərir. Evdə yaxşı oynayaraq, qələbə qazandığımız halda, səfərdə elə də yaxşı çıxış etmirik. Bunu dəyişməyə, həm evdə, həm də səfərdə yaxşı çıxış etməyə çalışacağıq".

Qeyd edək ki, "Şerif" İdman Kompleksinin stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

Geri