DataLife Engine > Çap üçün versiya > "Qəbələ" son dəqiqələrdə buraxdığı qolla qələbəni əldən verib
DataLife Engine Azerbaijan Support > İdman > "Qəbələ" son dəqiqələrdə buraxdığı qolla qələbəni əldən verib

"Qəbələ" son dəqiqələrdə buraxdığı qolla qələbəni əldən verib


25-08-2018, 21:49. Yerləşdirdi: memmedov
Futbol üzrə Azərbaycan Premyer Liqasında III tura start verilib.

"Report" xəbər verir ki, açılış oyununda "Qəbələ" "Sumqayıt"ı qəbul edib.

Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Hesabı 42-ci dəqiqədə penaltidən Təmkin Xəlilzadə açıb. 76-cı dəqiqədə "Sumqayıt" daha bir zərbə alıb. Bu dəfə Nicat Qurbanov ikinci sarı vərəqəni alaraq, meydandan qovulub.

Bununla belə, qonaqlar məğlubiyyətdən yaxa qurtara bilib. 90+2-ci dəqiqədə Yusif Nəbiyev sabiq komandasını cəzalandırıb.

Beləliklə, hər iki komanda xallarını 4-ə çatdırıb.

Bu gün saat 20:30-da "Zirə" - "Sabah" oyunu start götürüb. Tura avqustun 26-da keçiriləcək "Keşlə" - "Səbail" və "Qarabağ" - "Neftçi" matçları ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası, III tur

25 avqust


18:00. "Qəbələ” – "Sumqayıt” - 1:1

Qol: Təmkin Xəlilzadə, 42 (penalti ilə) - Yusif Nəbiyev, 90+2

Qırmızı vərəqə: Nicat Qurbanov, 76 ("Sumqayıt")

Hakimlər: Rəvan Həmzəzadə, Nahid Əliyev, Cavanşir Yusifov, İnqilab Məmmədov

AFFA nümayəndəsi: Eldar Qasımov

Hakim-inspektor: Vüsal Əliyev

Qəbələ şəhər stadionu

Geri