DataLife Engine > Çap üçün versiya > Professor İlham Rəhimovla Məmməd İsmayılın görüşü
DataLife Engine Azerbaijan Support > Üst manşet > Professor İlham Rəhimovla Məmməd İsmayılın görüşü

Professor İlham Rəhimovla Məmməd İsmayılın görüşü


3-09-2018, 17:14. Yerləşdirdi: admin
Hüquq elmləri doktoru, professor İlham Rəhimov Azərbaycanın tanınmış şairi, hazırda Türkiyədə yaşayan, Çanaqqala Universitetinin professoru Məmməd İsmayıl ilə görüşüb. Görüşdə müxtəlif mövzular ətrafında maraqlı fikir mübadiləsi aparılıb, keçmiş illərlə bağlı şirin, kövrək xatirələr yada salınıb.
Professor İlham Rəhimovla görüşdən məmnun qaldığını deyən Məmməd İsmayıl qeyd edib ki, Azərbaycana bir neçə həftəliyə qonaq gəlib: “Bu fürsətdən yararlanıb İlham müəllimlə görüşmək istədim. Bugünkü görüşün baş tutmasına, təklifimi qəbul etdiyinə görə professora təşəkkür edirəm. İlham Rəhimov hər yerdə olduğu kimi Türkiyədə də böyük hörmətə malikdir. İki ölkə arasında qarşılıqlı və sıx əlaqələrin yaranmasında, qardaşlıq və dostluq münasibətlərinin möhkəmlənməsində İlham müəllimin danılmaz xidmətləri vardır”.
Professor İlham Rəhimov da Məmməd İsmayılla görüşdən şad olduğunu diqqətə çatdırıb: “Bu gün Məmmədlə olan görüşümüz çox səmimi, yadda qalan oldu. Hər şeydən danışdıq, keçmişə qayıtdıq, cavanlıq illərimizi xatırladıq. Məmməd İsmayıl şəxsiyyətinə və yaradıcılığına hörmət etdiyim insandır. Onun şeirlərini sevə-sevə oxuyuram. Qəlbi Azərbaycanla döyünən ziyalılarımızdandır”.
Sonda İ.Rəhimovla M.İsmayıl xatirə şəkli çəkdiriblər və müəllifi olduğu kitabları bir-birinə hədiyyə ediblər.
Seymur

Geri