DataLife Engine > Çap üçün versiya > Ədalət Muradovun müəllimlərindən biri «Təzadlar»ı məhkəməyə verir
DataLife Engine Azerbaijan Support > Üst manşet > Ədalət Muradovun müəllimlərindən biri «Təzadlar»ı məhkəməyə verir

Ədalət Muradovun müəllimlərindən biri «Təzadlar»ı məhkəməyə verir


11-09-2018, 16:03. Yerləşdirdi: admin

İddiaçı Mustafayeva Maral Ramazan qızı, həmçinin Azərbaycan Dövlət İqtisad Universitetinin rus dili kafedrasının işdən azad edilmiş müəllimi Zərifə Mansurovanı da eyni tələblə məhkəməyə verir..
Bu barədə redaksiyaya adının çəkilməsini istəməyən mənbə bildirdi. İddia ADİU-nun müəllimlərindən Mustafayeva Maral Ramazan qızı tərəfindən qaldırılıb. İddiaçı Z.Mansurovadan və «Təzadlar» qəzetindən təkzib və üzr istənilməsini tələb edir. Maddi təzminatın olub-olmaması barədə dəqiq məlumat yoxdur.
***
Xatırladırıq ki, «Təzadlar»ın son saylarında Z.Mansurovanın Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanlı müraciətləri dərc olunub. Şikayətçi ADİU-da baş verən qanunsuzluqlar fonunda hazırkı rəhbərliyin «differensial əmək haqqı» adı altında rektor Ədalət Muradova yaxın şəxslərə yüksək əmək haqqı verilməsi və s. qeyd edilir. O, həmçinin özünün əsassız olaraq işdən çıxarılmasını yazaraq işinə bərpa olunmasını ölkə rəhbərindən xahiş edir.
Onu da deyək ki, Z.Mansurova işə bərpa tələbi ilə ADİU rektoru Ədalət Muradovu məhkəməyə verib. Mülki iddia hazırda apellyasiya məhkəməsi mərhələsindədir.
Z.Mansurovanın geniş müracəti «Təzadlar»ın bu günkü sayında da yer alıb…
Elçin Məmmədli

Geri