DataLife Engine > Çap üçün versiya > 6-CI MUĞAM MÜSABİQƏSİNİN QALİBİ PƏRVİZ QASIMOVUN SOLO KONSERTİ-VİDEO-YENİLƏNDİ
DataLife Engine Azerbaijan Support > Video, Manşet, Üst manşet > 6-CI MUĞAM MÜSABİQƏSİNİN QALİBİ PƏRVİZ QASIMOVUN SOLO KONSERTİ-VİDEO-YENİLƏNDİ

6-CI MUĞAM MÜSABİQƏSİNİN QALİBİ PƏRVİZ QASIMOVUN SOLO KONSERTİ-VİDEO-YENİLƏNDİ


26-10-2017, 23:26. Yerləşdirdi: admin
Bu gün saat 19:00-da Azərbaycan Televiziyasında yayımlanan “Muğam televiziya müsabiqəsi-2017”nin birinciliyinə layiq görülmüş Pərviz Qasımovun "Beynəlxalq Muğam Mərkəzi"ndə solo konserti oldu. Ecazkar səsi ilə tamaşaçıları alqış sədaları altında ayağa qaldırıb riqqətə gətirən Pərviz Qasımov ən çətin muğam pərdələrini ifa etdi... Möhtəşəm konsert proqramının sonunda xəstələndiyini etiraf etsə də, o, "Qarabağ şikəstəsi"ni mərhum atasının ruhuna rəğmən, müəllimi Təyyar Bayramovla birgə ifa edəcəyini bəyan etdi. Müəllim-tələbə ifası tamaşaçıları riqqətə gətirdi, hamını sonda ayağa qalxaraq alqış sədaları ilə ifaçıları dəstəkləməyə məcbur etdi...
"Təzadlar"ın əməkdaşları da bu möhtəşəm hesabat konsertində tamaşaçılar arasında idi...
***
Qeyd edək ki, 2017-ci ilin martın 14-də, axır çərşənbə günü, altıncı “Muğam televiziya müsabiqəsi”nə start verildi... Tezadlar.az bildirir ki, seçim turuna fevralın 17-də yekun vurulmuşdu və 20 iddiaçı – Almaxanım Əhmədli, Nərgiz Nuriyeva, Gülər Babayeva (Bakı), Arzu Mahmudova (Ağcabədi), Atlas Mehdiyeva (İmişli), Rəvanə Əmiraslanlı (Gəncə), Səma Sultanova (Xocavənd), Nüşabə Kərimova (Zəngilan), Türkan Orucova, Çinarə Alıyeva (Sumqayıt), Məcid Asri (İran İslam Respublikası), Pərviz Qasımov, Valid Abdullayev, Vüsal Cəfərov (Ağdam), Məftun Məmmədov (Zərdab), Fərhad Ramazanov (Lənkəran), Mirəli Sarızadə, Taleh Hüseynli (Beyləqan), Nurlan Namazov (Goranboy) və Qənbər Axundov (Laçın) müsabiqəyə vəsiqə qazanmışdı.
Münsiflər heyətinin tərkibinə isə Xalq artistləri- Əlibaba Məmmədov, Arif Babayev, Səkinə İsmayılova, Mənsum İbrahimov, Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi Sərdar Fərəcov, Yazıçılar Birliyinin katibi İlqar Fəhmi və “Mədəniyyət” telekanalının direktor müavini, Əməkdar İncəsənət Xadimi Nadir Axundov daxil idilər.
Xatırladaq ki, müsabiqə Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında, Azərbaycan Televiziyasının təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin iştirakı ilə keçirilmişdi.
6-CI MUĞAM MÜSABİQƏSİNİN QALİBİ PƏRVİZ QASIMOVUN SOLO KONSERTİ-VİDEO-YENİLƏNDİ



Geri