DataLife Engine > Çap üçün versiya > ƏRİ TƏRƏFİNDƏN "ZORLANAN" QADININ İNANILMAZ SİRRİ-VİDEO-YENİLƏNDİ
DataLife Engine Azerbaijan Support > Video, Manşet, Üst manşet > ƏRİ TƏRƏFİNDƏN "ZORLANAN" QADININ İNANILMAZ SİRRİ-VİDEO-YENİLƏNDİ

ƏRİ TƏRƏFİNDƏN "ZORLANAN" QADININ İNANILMAZ SİRRİ-VİDEO-YENİLƏNDİ


24-08-2017, 05:42. Yerləşdirdi: admin

Ceyhun Mehrəliyev: “Aidə Tomarxanova, hətta qadın sığınacağında olanda belə ayrı-ayrı kişilərlə görüşüb-mesajlaşıb, əlimdə sübutlar var...”

“ O, özü saytlara müsahibəsində hələ gənc yaşlarından fahişəliklə məşğul olduğunu həvəslə danışaraq hansı yuvanın quşu olduğunu etiraf edir, gizlətmir...”

Ceyhun Mehrəliyev: “Aidə Tomarxanova adları istintaqa bəlli olan bəzi şəxslərlə əvvəlcədən planlaşdırılmış halda mənə qarşı təxribat hazırlamışdır»
«Aidənin kiçik qardaşının səs yazısı var, mənə israrla deyir ki, 10 min ödə, bacım səndən əl çəksin…»
Tezadlar.az-ın ötən buraxılışlarında əri tərəfindən butulka ilə zorlanan, sonra yad kişilərə 500 manata satıldığını deyən (bəzi saytlarda adı «Sevinc Babayeva” kimi gedir) Aidə Tomarxanovanın başına gətirilənlər barədə özünün videomüsahibəsi cəmiyyətdə birmənalı qarşılanmadı. Daha doğrusu, bu qeyri-ciddi açıqlamalar bumeranq effektli oldu. Belə ki, onun «ərim» dediyi Ceyhun Mehrəliyevin «Təzadlar»a açıqlaması, həmçinin onu ittihamlayan qadının özünün səs yazısını və videolarını, fotoşəkillərini və s. bizə təqdim edəndə gerçəkdən təəccüb qaldıq. Axı ortada rəsmi nikahı olmayan adamı necə ər kimi təqdim etmək olar? Yaxud, bilə-bilə ki, tanış olduğu, illərdir bir yerdə kef çəkdiyi adamla fotoşəkilləri, videoları və s. var, necə və hansı məntiqlə demək olar ki, «əri» onu girov saxlayıb, küçəyə çıxmağa qoymayıb və sair. Halbuki bu fotolarda və videolarda onun son vaxtlarda belə Bakının, bölgələrin ən yaxşı istirahət mərkəzlərində çəkilmiş görüntüləri var…
«Təzadlar»ın rəsmi saytı ötən buraxılışlarında bunları qeyd edərək Aidə Tomarxanovanın zərərli müsahibəsinin olduğu kimi, özü də xüsusilə ağır cinayətdə ittiham edilən şəxsi dindirmədən, elementar araşdırma aparılmadan tirajlanmasını səriştəsizlik, bunu cəmiyyət üçün olduqca zərərli təbliğatın təbliği kimi dəyərləndirmişdik. Adını çəkmək istəmədiyimiz və həmin zərərli videomüsahibəni yaymış bəlli saytın xanım rəhbəri isə olduqca peşəkar olduqlarını deyərək dolayısı ilə bizə bəzi mətləbləri irad da tutdu. Halbuki özünü peşəkar adlandıranlar əvvəlcə ən adi ifadə və ya sözlərin qrammatik qayda-qanunla yazılmasını bilməlidir. Həmçinin hansı ifadə və ya çıxışda qarşı tərəfin ağır cinayətlərdə ittiham edilməsinin məsuliyyət yaratdığını da… Nə isə…

Onu bağışlamaq olarmı?


Keçək mətləbə… Hələ yeniyetmə vaxtından çoxsaylı yad kişilərə könül açdığını müsahibəsində açıq şəkildə deyən qadının indi 6 ildir evində xidmətçilik etdiyi birisini onu zorlamaqda, girov saxlamaqda suçlamasına necə inanasan? Və onun səmimiliyinə necə inanmaq olar ki, hətta indinin özündə, yadın sığınacağında ola-ola köhnə əməllərini təkrarlayır, başqa «podruqa»ları ilə pul razborkalarına girir və sair… Şəxsən onun səmimiliynə şübhələrimiz olduğundan, araşdırdıq, sübutlara baş vurduq və ittiham edilən Ceyhun Mehrəliyevi təkrar-təkrar dinləməli olduq. Və hər dəfə də ortaya yeni təkzibolunmaz sübutlar çıxırdı. Təkzibolunmaz fakt qarşısında isə başqa nə demək olar! Əvvəlcə barəsində fərqli düşündüyümüz «ər»in haqqında «Onu bağışlamaq olarmı?» sualına cavab axtararkən, indi artıq bu sualın cavabına yer qalmadığına tam əmin olduq.
Bu da ağır cinayətdə ittihamlananın tutarlı cavabı. Müsahibəni tam şəkildə təqdim edirik:
-Ceyhun bəy, «Təzadlar»a müraciətinizdə Aidə Tomarxanovanın sizə qarşı inanılmaz ittihamlarına qarşı olduqca vacib sübutlarla təkzibinizin olduğunu söylədiniz. Bunlar nədən ibarətdir?
-Əvvəlcə istəyirəm Aidə Tomarxanovanın bu günlərdə məskunlaşdığı sığınacaqda verdiyi müsahibəsindəki mənə qarşı sərt ittihamlarına toxunum. Məsələn, o, yalandan deyir ki, guya 6 il dustaq kimi saxlanılıb və çöl üzü görməyib, mənim tərəfimdən işgəncələrə məruz qalıb... Mən sizə çoxsaylı şəkilləri təqdim edirəm. Baxın, bu şəkillər Bakıdakı parklarda, əyləncə yerlərində, bulvarda, şəhər gəzintisində, bölgələrdəki istirahət mərkəzlərində, çay kənarında… çəkilib. Fikir verin, hər fotoda bir təzə və bahalı geyimdədir. İşgəncəyə məruz qalan qadının sifətində belə xoşbəxt ifadələr olur? O, mənim humanistliyimdən istifadə edərək görmədiyi yerləri görüb, gəzib, kef çəkib. Hətta o dərəcədə harınlamışdı ki, sonralar bilmişəm ki, gəzdiyi yerlərdən qiymətli külqabı, çəngəl-bıçaq da oğurlamışdır... Bunları da təsdiqləyən insanlar var. Guya hicaba bürünmüş, çirkin yoldan çəkinmişdir. Sizə onun yeni fotolarını təqdim edirəm. Bu fotolarda onun açıq-saçıq geyimli şəkilləridir, bunlar isə onun hələ sığınacaqda olarkən yad kişilərlə mesaj yazışmalarıdır (Təqdim olunur. Red.). Özünə yeni kişilər axtarır, tanışlıq təkliflərinə könül verir... Təkrar edirəm, bunlar “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin həmin sığınacaq evində olarkən baş verir. Bu sığınacaq nədir, tanışlıq mərkəzidir? Buradan çölə çıxır, gəzir, ov axtarır. Və həmin fotoları isə təzə tanış olduğu kişilərə göstərmək üçün sosial şəbəkələrdə paylaşır. Sonra isə müsahibə verir ki, ərim məni butulka ilə zorladı, keçmiş qaynatasına 500 manata satdı və s. O, yaxşı bilir ki, keçmiş qaynatam mənimlə düşmən kimidir, istəyir ki, diqqəti bu münaqişəyə yönəltsin, özü yaddan çıxsın. O, həmin bu sığınacaqda məskunlaşan gündən yenə də köhnə əməllərini həyata keçirməyə başlayıb. Aidə uşağı da sığınacaqda qoyub yazışdığı kişilərlə görüşə gedib, bunu həmin kişilərin mənə yaxın adamları təsdiqləyiblər, sübutlarım var. O, “Behri amor” profili altında yad kişilərlə yazışır, onlara nələri yazır, oxuyub nəticə çıxarın. Bəs “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova hara baxır?
-Dediniz ki, onun sizin barənizdə videomüsahibəsində dedikləri tamamilə yalan və böhtandır...
-Unudub ki, hələ bu ilin mayında virtualaz.org saytına müsahibə verib və deyir ki, “Keçmiş həyat yoldaşım sosial şəbəkədə şəkillərimi paylaşır, məni əxlaqsızlıqda ittiham edir”. Yalançının yaddaşı olmaz, o, müsahibəsinin başqa bir yerində isə etiraf edir ki, hələ gənc yaşlarından əxlaqsızlıqla məşğul olub. Həmin müsahibəsindən sitat: “...Onunla (Oxu: Ceyhunla. Red.) tanış olanda keçmişdə başıma gələnləri bilirdi, hamısını özüm danışmışdım... Məni əvvəllər münasibətdə olduğum tanınmış və imkanlı şəxsin yanına göndərirdi... Məni döyürdü, öldürməklə təhdid edirdi. Mən də qorxudan kişiyə dolana bilmədiyimi söyləyirdim, yardım istəyirdim. Məndən soruşurdu ki, yoldaşın səni qorxudursa, açıq söylə, onu məhv edərəm. Amma qorxudan söyləyə bilmirdim. Çünki həmin insan məni yaşadığım həyatdan qurtarmışdı, insan alverçilərinin əlindən almışdı... 19 yaşımda qrup yoldaşım tərəfindən yaşlı bir kişiyə satılmışam. Hadisə belə baş verdi - qrup yoldaşımla birgə məclisdə içmişdim, ayılanda çılpaq şəkillərimi çəkdiklərini dedilər. Həmin şəkilləri valideynlərimə, qardaşıma göstərəcəkləri ilə hədələdilər. Çox qorxmuşdum, çarəsiz qalmışdım. Bundan sonra müxtəlif insanlarla münasibətdə oldum. Həmin imkanlı şəxslə görüşəndə ona başıma gələnləri danışdım. O, mənə yardım etdi, məni bu həyatdan xilas etdi”.
Həyasızlığa baxın ki, o, müsahibəsinin yuxarıda sitatını verdiyim hissəsində mənə işarə vuraraq deyir ki, “Onunla tanış olanda keçmişdə başıma gələnləri bilirdi, hamısını özüm danışmışdım...”. Yəni, guya mənə əvvəllər fahişəliklə məşğul olduğunu danışıb... Ardınca isə yenə də məni nəzərdə tutaraq görün nə fırıldaq ifadələr işlədir. Sitat: “...Keçmiş həyat yoldaşım tanınmış ailənin övladıdır. Buna görə də, onun mənimlə evlənmək təklifi ilə tərəddüdsüz razılaşdım”.
Təsəvvür edirsinizmi, o, mənə gənc yaşlarından fahişəliklə məşğul olduğunu danışır, mən-tanınmış bir ailənin övladı, bütün bunlardan sonra ona evlənmək təklif edirəm, o da razılaşır! Nə qədər gülünc və qarşındakını aşağılayan bir mövqe!!! Mən evlənməyə adam tapmırdım???
-Bildirirsiniz ki, Aidə müsahibəsində sizinlə Mehriban Zeynalovanın da arasını vurmağa cəhd edib...
-Gülməli də olsa, deyir ki, mən həbs olunuram və bu ilin fevralda həbsdən çıxıram, sonra sığınacağa gəlirəm, barışmaq istədiyimi deyirəm... Və evə gedəndən sonra isə onu səhərə qədər döyürəm, ona deyirəm ki, get polisə ifadə ver ki, sığınacaqda Mehriban Zeynalova tərəfindən satılmısan... Sitat: “...Amma mən buna razı olmadım, çünki dediklərinin arxasında dayanmalısan, ən azından sübut etməlisən. Axı həmin müddətdə sığınacaqdan bayıra çıxmamışdım....”. Mən sizə onun şəkillərini verirəm, baxın, bu şəkillər onun sığınacaqdan çöldə çəkdirdikləridir... Məni narahat edən budur ki, onu dinləyənlər ittiham olunan tərəfi görmədən, dinləmədən Aidənin sərsəm fikirlərini ictimailəşdirirlər. Görün biz belə yalan və şantajlarla cəmiyyətə nələri təbliğ edirik... Bundan başqa, o, 2010-cu ildə Gülçöhrə adı ilə zəng vurub tanışlıq təklif edən Aidə Tomarxanova indi məni dələduz, manyak kimi təqdim edir müsahibələrində…
-Əslində, bu tanışlığa qədər vəziyyət necə idi?
-Onunla rastlaşan gündən tələyə düşdüyümü anladım. Sən demə, o, bəzi şəxslərlə əvvəlcədən bunu planlaşdırıb. Məqsəd məni şantaj etmək və… 2010-cu ilədək mənim adım və əməlim tərtəmiz olub. Faktiki rəsmi sənədlərə istinadən danışıram. Ancaq Aidə ilə tanışlıqdan sonra mən Ceyhun dələduzluq maddəsi ilə cəzalandırılıram, onun qadın olaraq əməllərini də məcbur olub boynuma alıram ki… Bu da mənim insanlığım. Bəlkə də səhvim idi… Bəli, Aidə mənə cinayətlərin sirrini və yolunu çox öyrədib və təşkilatçılıq edib, bəzən də icraçı olub. Mən jurnalist kimi çalışan vaxtlarda məqalələrim dərc edilib, vəsiqəm də olub. Lazım gəlsə həmin qəzet nüsxələrini təqdim edə bilərəm. Məqaləm dərc olunursa, həmin qəzet də təbii ki, vəsiqə də verir. Aidə Tomarxanova, axı sən özün də həmin qəzetə məqalə vermisən, həmin illərdə sən də həmin qəzetlə məkdaşlıq edirdin, «Aidə Şiraslanqızı» imzası ilə. Həmin qəzetləri saxlayıram. Təqdim edə bilərəm. Beləliklə, vəsiqə məsələsinə aydınlıq gətirdik. Keçək manyak məsələsinə. Aidə, sən hələ orta məktəbdə oxuyarkən oğlanlarla əlaqə qurmusan, kollecdə oxuyanda isə adın 3-4 oğlanla yanaşı çəkilib. Hətta sonradan bildim ki, sən filankəslə gəzir, amma guya filankəsi də sevirmişsən. Bunu fakt kimi səni yaxından tanıyan bir neçə şəxs təsdiq edib. Elvin adlı şəxsi hədələmisən ki, guya həmin oğlan sənin bakirəliyini pozub. Əvvəla, sən həmin oğlanın evində nə gəzirdin? Oğlan səni dəvət edib və sən həmin evə getmisən. Deməli, bunu könüllü şəkildə etmisən ki, onu sonradan şərləyib nəsə əldə edəsən. Ya da öz nəfsinə və ehtirasına sahib çıxa bilməmisən. Bunu həmin oğlanın sözlərinə əsaslanıb deyirəm. Əslən Zəngilandan olan və Sumqayıtda yaşayan Elvin anası çalışan tibb müəssisəsində işləyirdi. Anasına və balasına qarmaq ataraq onları şərləmək istəmisən. Ancaq cəhdlərin boşa çıxmışdır. Daha sonra polis məmuruna tilov atdın. 15-20 gün onun evində qalmısan. Guya sonra qardaşına gizlincə zəng edərək səni evinizə aparmasını istəmisən. Qardaşın isə «Çudo-Peçka»nın yaxınlığında səninlə görüşərək səni evə aparır… Fikir verin, Aidə polis işçisinin arxasınca nələri deyir: «Məni dörd divar arxasında saxladı, yanıma hər gün bir qohumunu göndərirdi ki, qaçmağıma mane olsun. Yemək-içməyi də qohumları gətirirdi. Bir gün isə özümə paltar almaq adı ilə həmin evdən qohumu ilə birgə çıxdım və birtəhər qaçdım». Həmin vaxt onu yaxından tanıyan rəfiqələri, hətta öz valideynləri də təsdiq ediblər. Rəfiqələrinin təsdiqləyici sözlərini də təqdim edə bilərəm. Onlar deyirdi ki, Aidə polis məmuru ilə oturub-duran zaman həm də başqa kişilərlə də gəzirdi. Polis məmurunun guya təklifi olub ki, gəl bizə kömək et, bəzi pullu oğlanların torpasını tikək. Bunu Aidə özü danışır… Guya o da buna görə polis məmuruna qoşulub. Aidə, hətta həmin polis məmurunun cibindən dəfələrlə pul da oğurlayıb (Adını bəlli səbəbdən çəkmirik. Red.). Bunu da onun rəfiqələri deyib. Bu gün haqqın tərəfində olduğunu deyən bəzi jurnalistlər buyursun Aidənin kim olduğunu tanısın. Həmin jurnalistlər görsün ki, əsil manyak kimdir. O, sonra avtobusda Məhərrəm adlı birisi ilə də tanış olur. Məhərrəm onu saxlamaq üçün kirayə ev də tutub. Aidə həmin evdə də 15-20 gün qalıb. Məhərrəm də arada gəlib həmin mənzildə onunla görüşüb. Həmin evdə də Məhərrəmin Vüqar adlı dostunun ailəsi qalırdı. Həmin müddətdə də evin kirayə pulunu Aidə verib. Təki ad olsun ki, ərə gedib. Evdəkilər də, qonum-qonşular elə bilirdi ki, Aidə həqiqətən ailə qurub. Halbuki həmin müddətdə Məhərrəmin ailəsi və uşaqları olmuşdur. Aidə bunu bilsə də Məhərrəmlə qalmağa və arada onunla görüşməyə razı idi. Aidə evin kirayə pulunu pis yola getməklə, başqalarına şər-böhtan atmaqla, oğurluqla, bir sözlə, çirkin yollarla tapıb verirmiş. Bəziləri elə bilər ki, mən bu qıza qoşulmuşamsa, deməli, onun tayı idim. Əsla belə deyil. Mənim atam bir sıra dövlət qurumlarında məsul vəzifədə çalışıb, annam müəllimədir. Mən evin tək oğlu idim. Ali təhsil almışam, hərbi xidmət keçmişəm. O, mənə başqa ad altında zəng vurub görüşmək istəyir. Mən, nəhayət, razılaşıram və onunla Sumqayıtın Corat qəsəbəsindəki «Dalğa» adlanan restoranda görüşürük. O, ağlayaraq göz yaşı tökür, kömək istəyir. Mən onun saxta göz yaşları qarşısında susur və kömək etmək istəyirəm. Sonra mənə Məhərrəm adlı şəxsin onun başına açdığı oyunlardan danışır və deyir ki, guya buna görə də məcburən Məhərrəmin evində qalır. Artıq onun müsibətlərinə dözə bilmir, ona süpürgəçi işi də olsa, yarayır, təki bir müddət dolana bilsin. Mən kömək etməyə söz verirəm, vaxt istəyirəm. Bu müddətdə o, mənə 30-40 dəfə zəng vurur, mesajlar yazır. Hamısını təqdim edə bilərəm. Bir müddət sonra mənə deyir ki, indi rahatam, qardaşım Vüqar məni evə apardı, Məhərrəmin əlindən qurtuldum… Artıq məni tələyə salmağa hazır kimidir. O, düşünür ki, artıq ata evindədir, mən ona rahatca kömək edə bilərəm, mənə qoşulub hara gəlsə gedə bilər və sair… O, qardaşı Vüqarın həyat yoldaşına mənim barəmdə danışır, istəyir ki, gəlin həyat yoldaşına bu barədə danışsın. Bir neçə gündən sonra Vüqar mənimlə parkda görüşdü… Bundan sonra mən də onu xəstə anama kömək etməsi üçün evimizə dəvət etdim. Amma hardan biləydim ki, o, bütün bunları əvvəldən qurulmuş senari ilə edir. 6 il evimizdə xidmətçi kimi qalan qadına sahib durmuş ailə indii onun şər və böhtanlarının girovundadır. Üstəlik, məni onu butulka ilə zorlamaqda, yad kişilərə, hətta keçmiş qaynatama 500 manata satmaqda ittiham edir… Qoy Allah hər kəsə qəlbindəki niyyətinə görə versin, həm də kimin nədə günahı varsa, layiq olduğu kimi cəzalandırsın!
-Bildiyimizə görə, bəlli qalmaqalla əlaqədar istintaq aparılır…
-Şər və böhtan ayaq tutsa da, heç vaxt yeriməyib. İndi də elə olacaq. Həyatı korlanmış və kirli bir adam bizim təmiz adı olan bir ailəmizi kimlərin sifarişi ilə və nə üçün bu hala gətirib, hamısı bəlli olacaq… Təbii ki, həyatda hər kəs əməlinin girovudur. Aidə də eləcə… Hələ bir müddət əvvəl ona Binəqədi RPİ-nin 7-ci polis bölməsində dələduzluq maddəsi ilə cinayət işi başlanıldı, barəsində həbs qətimkan tədbiri seçildi. Himayəsində körpə uşaq olduğundan yenə də mənim ürəyim dözmədi, onun cinayətinin bir epizodunu üzərimə götürdüm, sonra müstəntiq bildirdi ki, kimsə zamin dursa, onu ev dustaqlığına buraxa bilərik. Onun öz valideynləri imtina etdilər, annam zamin durdu və onu Sumqayıtdan kirayə qaldığımız evə qeydə aldırıb zaminə götürdük… Hətta bu müddətdə də bəzi kişilər sonradan bizə məlumat verdilər ki, o, köhnə şakərindən əl çəkməyib və onlara zəng edərək tanışlıq təklif edirmiş ki, məni saxlayın, sizə qulluq edim və sair… İndi bu qadın bütün aləmi qatıb-qarışdırıb, bizim ailənin adına olmayan çirkabları yağdırır… Gec də olsa, o, layiq olduğu cəzasını almalıdır…
Dinlədi: Səbuhi
ƏRİ TƏRƏFİNDƏN "ZORLANAN" QADININ İNANILMAZ SİRRİ-VİDEO-YENİLƏNDİ
ƏRİ TƏRƏFİNDƏN "ZORLANAN" QADININ İNANILMAZ SİRRİ-VİDEO-YENİLƏNDİ

Geri