DataLife Engine > Çap üçün versiya > Xudu Məmmədovun ad günü məzarı başında yad edildi - VİDEO
DataLife Engine Azerbaijan Support > Video, Manşet, Üst manşet > Xudu Məmmədovun ad günü məzarı başında yad edildi - VİDEO

Xudu Məmmədovun ad günü məzarı başında yad edildi - VİDEO


14-12-2017, 16:08. Yerləşdirdi: admin
"Təzadlar"ın xəbər verdiyi kimi, bu gün görkəmli kristalloqraf alim, AMEA-nın müxbir üzvü Xudu Məmmədovun doğum günüdür. Alimin xatirəsini əziz tutan bir qrup ziyalı və tanınmışlar 2-ci Fəxri Xiyabanda Xudu Məmmədovun xatirəsini yad etdilər, keçdiyi sadə və mənalı həyat yolundan bəhs etdilər.

Əvvəlcə Hacı Vidadi 2-ci Fəxri Xiyabanda uyuyan görkəmli ziyalıların və şəhidlərin ruhuna dualar ərməğan etdi. Sonra ziyarətçilər Xudu Məmmədovun məzarı başında xatirəsini tər qərənfillərlə yad etdilər.

Hacı Vidadi Xudu Məmmədovun ruhuna Quran tapşırandan sonra söz QAT sədri Akif Nağıya verildi. Akif bəy mərasim iştirakçılarına dərin minnətdarlığını bildirdi, Xudu Məmmədovun təkcə elmi fikirdə deyil, həm də ictimai-siyasi düşüncədə cəmiyyətdəki önəmli yerindən danışdı.

Sonra söz alan Xudu Məmmədovun tələbəsi, professor İxtiyar Bəxtiyarlı Xudu Məmmədovun elmi fəaliyyətindən, vətəndaş alim kimi cəmiyyətdə tutduğu mövqeyindən, dünya elminə verdiyi töhfələrdən danışdı.

"Təzadlar" qəzetinin baş redaktoru Asif Mərzili Xudu Məmmədovun Azərbaycanın adını dünya elmində ən yüksək zirvələrə yazdırdığını, elmi nailiyyəti və kəşfi ilə elmimizə hörmət gətirdiyini dedi, alimlə bağlı xatirəsini danışdı.

AİJA Prezidenti Eldar İsmayılov, Şahmar İbrahimov, Rövşən Kəbirli, Qarabağ qaziləri - Rey Kərimoğlu, Barat İmani və digərləri Xudu müəllimlə bağlı maraqlı xatirələrini söylədilər.
Anım mərasimində tanınmış ziyalılar, jurnalistlər iştirak edirdilər.

Tədbirin sonunda 2-ci Fəxri Xiyabanda uyuyan şəhidlərin məzarı ziyarət edildi, onların ruhuna dualar oxundu.

Elbar Şirinov

Xudu Məmmədovun ad günü məzarı başında yad edildi - VİDEO

Xudu Məmmədovun ad günü məzarı başında yad edildi - VİDEO

Xudu Məmmədovun ad günü məzarı başında yad edildi - VİDEO


Geri