DataLife Engine > Çap üçün versiya > “Təzadlar”ın əməkdaşı Mariy Eldən yazır və video təqdim edir
DataLife Engine Azerbaijan Support > Video, Manşet, Üst manşet > “Təzadlar”ın əməkdaşı Mariy Eldən yazır və video təqdim edir

“Təzadlar”ın əməkdaşı Mariy Eldən yazır və video təqdim edir


7-06-2018, 14:06. Yerləşdirdi: admin
Artıq məlumat verdiyimiz kimi, “Təzadlar”ın əməkdaşı olaraq Rusiyanın Mariy El Respublikasında Azərbaycanlıların Milli-Mədəni Muxtariyyatının sədri Oqtay Hüseynovun dəvəti ilə 01-04 iyun 2018-ci il tarixlərində bu respublikada səfərdə oldum. Səfər çərçivəsində, iyunun 2-də, Yoşkar-Ola şəhrindəki İctimai-siyasi mərkəzin binasında Azərbaycanlıların Milli-Mədəni Muxtariyyatının “Gələcək planları və perspektivləri” mözusunda keçirilən dəyirmi masada iştirak etdim.

Dəyirmi masada Mariy El Respublikasının mədəniyyət, mətbuat və milli məsələlər üzrə nazirin müavini Mixail İvanoviç Matveyev, Mariy El Respublikasının mədəniyyət, mətbuat və milli məsələlər üzrə nazirliyinin etnik məsələlər və kütləvi tədbirlət idarəsinin rəis müavini Sadovin İqor Gennadiyeviç, Rusiya xalqlarının regional assambleyasının sədri Qriqoryeviç Dmitriy Valeryeviç, Tatarların mədəni Mərkəzinin direktoru Qaysin İlgiz Zaynuqaraboviç, Kazaxların Yoşkar-Ola üzrə icmasının sədri Mustafin Kayrat Sakiyeviç, Yoşkar-Ola üzrə “Başkir Kurultay” ictimai birliyinin sədri Nurdövlətov Musa Sultanmuradoviç, DTRK-nın direktor müavini Mixail Vinokurov, yerli qəzetlərin nümayəndələri və digər qonaqlar iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan Mariy El Respublikasında Azərbaycanlıların Milli-Mədəni Muxtariyyatının üzvü Seyfəddin Rzayev azərbaycanlıların oradakı fəaliyyətindən geniş bəhs etdi. Həmyerlilərimizin bu respublikanın ictimai-siyasi həyatında fəal iştirak etdiklərini, onların sərbəst yaşayıb, işləməsi üçün yerli rəhbərlik tərəfindən hər cürə şəraitin yaradıldığını S.Rzayev xüsusi olaraq vürğuladıqdan sonra sözü Rusiya Xalqlar Assambleyasının və Mariy El Respublikasının Mədəniyyət Nazirliyi yanında Millətlərlə İş Üzrə Şuranın üzvü, Rusuya prezidenti Vladimir Putinin Mariy El respublikaslndakı seçki qərargahının üzvü, Azərbaycanlıların Milli-Mədəni Muxtariyyatının sədri, Ağdam rayonundan olan, 25 ilə yaxındır Yoşkar-Ola şəhərində yaşayan, iş adamı Oqtay Hüseynova verdi. Oqtay Hüseynovun, mənim və digər qonaqların çıxışının video görüntüsünü olduğu kimi hissə-hissə Azərbaycan oxucularına təqdim edəcəyik. İndi isə tədbirin 1-ci hissəsini təqdi edirəm.
Səfərin təşkilində və səfər çərçivəsində göstərdikləri maddi dəstəyə görə Oqtay Hüseynova, Qərbi Azərbaycandan olan Mətləb Hüseynova, orada məni qayğı və diqqətlə əhatə edən Habilə, Zöhraba, Artyomlu İlqara, Rafaelə, Məhiyə, Nadirə və adlarını unutduğum həmyerlilərimin hər birinə dərin təşəkkürümü bildirirəm.

Elçin MƏMMƏDLİ




Geri