...Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin ağılsız  və tez-tez dəyişən siyasi mövqeyinə və s. artıq öyrəşmişik. O, yenə sərsəm çıxışı ilə gündəmə gəlib. Deputat Vüqar Bayramlı onun son sərsəm, bir az da sərt desək, sarsaq fikirlərinə belə münasibət bəsləyib:
-Siyasi təlxək kimi tanınan Jirinovski çıxışında Cənubi Qafqazın Rusiyanın uzun müddət nüfuz dairəsində olduğu üçün Rusiyanın iradəsi ilə hər kəsin hesablaşmalı olduğunu bildirib. Eyni zamanda Azərbaycan hakimiyyətini rus əsgərləri ilə təhdid edib. Artıq neçənci dəfədir ki, sərsəm-faşist ritorikasına üstünlük verən Jirinovski ölkəmizə qarşı bu şəkildə hədyan dolu çıxışlar edir. Amma bu sərsəm ritorikadan başqa heç nə deyil. Aydındır ki, Jirnovskinin sayıqlamaları Rusiyanin rəsmi mövqeyi kimi qəbul edilə bilməz və son illər iki dövlət arasında münasibətlərin, o cümlədən iqtisadi əlaqələrin genişlənməsi müşahidə olunur. Ancaq bu siyasi təlxək anlamalıdır ki, bu sayıqlamaları Azərbaycanın haqq işinə xələl gətirə bilməz. Azərbaycan müstəqilliyinə təhdid ola biləcək hər addımı dəf etmək gücündədir və güclü xalq-iqtidar birliyi də mövcuddur ki, bu birliyin sayəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan ordusu uzun müddət işğal altında qalan torpaqlarımızı şəhidlərimizin qanı bahasına azad edərək ərazi bütövlüyümüzü bərpa edib. Ermənilərin havadarları anlamalıdırlar ki, güclü Azərbaycan ordusu bu Zəfəri hər zaman qorumaq iqtidarına malikdir və şanlı ordumuzun qəhrəmanlığı ilə torpaqlarımızı işğaldan azad edən "Dəmir Yumruq" yenə yerindədir, hər an torpaqlarımıza göz dikənləri başına endirilə bilər...
A.Məmmədli

GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 21 September 2021
By Elçin Məmmədli
IMAGE
KIRIK KODLAR
Monday, 30 November -0001
By Salih KURT

Vizual Xəbərlər

Video Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA