Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Türkiyədə davam edən meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasının qarşısının alınması məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın-xilasetmə qüvvələrindən ibarət növbəti qrup qardaş ölkəyə çatıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nazirliyin 53 ədəd yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikası, 1 ədəd tibbi yardım avtomobili, 220 nəfər yanğınsöndürən və xilasedici daxil olan ikinci yardım qrupu bu gündən yanğın baş verən ərazilərdə xidmətə başlayacaqlar.

Qeyd edək ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 100 nəfər əməkdaşından ibarət ilk qrup iyulun 30-da Türkiyəyə yollanıb və hazırda yanğın baş verən ərazilərdə xidmətlərini davam etdirirlər.

Şakir QURBANOV


GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 21 September 2021
By Elçin Məmmədli
IMAGE
KIRIK KODLAR
Monday, 30 November -0001
By Salih KURT

Vizual Xəbərlər

Video Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA