Nəhayət, Gürcüstan Parlamentinin Prosessual Məsələlər və Qaydalar Komitəsi Gürcüstanın azərbaycanlı vətəndaşları tərəfindən təqdim olunan təşəbbüsü qəbul edib.

Hansı ki, bu məsələ uzun müddət idi müzakirəsini gözləyirdi... Bu barədə qanunverici orqanın Mətbuat xidməti məlumat yayıb. Məlumata əsasən, məsələ ilə bağlı müvafiq qanunvericilik təklifi hazırlanacaq və layihə ən azı 25 min seçicinin təşəbbüsü və imzası ilə parlamentə təqdim olunacaq. Xatırladaq ki, sözügedən qanun layihəsini "Salam Platforması" təqdim edib. Qanun layihəsi, vətəndaşa qeyri-səciyyəvi / qeyri-ənənəvi şəkilçiləri ("ov" / "ev" və ya digər) soyadından çıxarmaq və ya ənənəvi orijinal şəkilçilərlə əvəz etmək hüququnun verilməsini nəzərdə tutur.

Beləliklə, Gürcüstanda yaşayan azərbaycanlılar milli soylarını ifadə etmək imkanı əldə edə biləcəklər.

AşMəmmədli