Dünyada COVID-19 müəmması davam edir.Virusun laboratoriyada yaradılması barədə müxtəlif fikirlər söylənilir. Bu da təbiidir və insanlar arasında bir xof yaranıb. Hamı koronavirus barədə hansısa bir izahatın verilməsini gözləyir. Amma dəqiq izahat verən yoxdur. Həkimlər, mütəxəssislər üstüörtülü danışır.

ABŞ-ın keçmiş prezidenti Donald Tramp da COVID-19-un laboratoriya mənşəli olmasından əminliyini bildirib.O, bunu “Fox News” telekanalının efirində bəyan edib.

Mən onu Çin virusu adlandırıram. Çünki məhz oradan yayılmağa başlayıb. O, laboratoriyada hazırlanıb”, - deyə Tramp qeyd edib.

 Bundan əvvəl Təzadlarda Baydenin koronavirus barədə fikirləri dərc edilmişdi. ABŞ-ın yeni prezidenti bəyan etmişdi ki, Ağ evdə koronavirusla bağlı sənədlər “itib”. Ağ ev və sənədlərin yoxa çıxması! Siz belə bəyanatlara inanırsınızmı?

İndi ABŞ-ın keçmiş prezidenti Bayden də koronavirusun süni yolla yaradıldığından danışır, nə üçün yaradıldığından isə danışmır.Görünür burada hansısa gizli proqramı ört-bastır etmək məsələsi var. Tramp  da yalnız əminliyini bildirir. Necə deyərlər, oxunu atıb,yayını gizlədir.

O eyni zamanda əlavə edib ki, “Twitter” koronavirusun süni mənşəyi barədə təkzibolunmaz faktları dərc edən bütün istifadəçiləri bloklayıb.

Yenə də Təzadlarda gedən xəbərlərdə "The New York Times" (NTY) qəzetinin baş redaktorunun işçilərə COVID-19-un mənşəyini araşdırmağı qadağan etməsi barədə məlumat getmişdi. Niyə? Məqsəd nədir? Əhalidən nəyi gizlədirlər?

İndi isə gələk Trampın Tvitter barəsində açıqlamasına.  Tvitter də koronavirusun mənşəyi, yayılması barədə xəbərləri bloklayır.Zaman gələcək, bunun nə məqsədlə edildiyi üzə çıxacaq. Tvitter barədə qısa məlumatla tanış olaq:

Tvitter  baş ofisi San-Fransiskoda yerləşən Amerika Tvitter Inc şirkətidir.

Son məlumatlara görə, Tvitterin payçıları aşağıdakı şəxslərdir:

  1. Evan Vilyams. O, vaxtilə Tvitter layihəsinin əsas investoru kimi çıxış edib və bu gün onun ən böyük pay sahibi olub.
  2. Şahzadə Al Valid, Səudiyyə Ərəbistanından bir sahibkar, mövcud kralın qardaşı oğlu. Dünyanın ən zəngin insanları siyahısında 22 –ci yerdədir.
  3. Stiv Baolmer. 2014-cü ilə qədər Microsoft-un baş direktoru olmuşdur.
  4. Cek Dorsi .Tvitterin yaradılması ideyası ona məxsusdur.
  5. Piter Fenton. Sahibkar, milyarder

Şakir QURBANOV