booked.netbooked.net booked.net  

Asif MƏRZİLİ

...İranda ardıcıl olaraq 3 il rəsmi səviyyədə Aşıq Festivalında iştirak etmişəm, Azərbaycan türkləri ilə birbaşa ünsiyyətim olub...

Ordakı soydaşlarımızın vətənpərvərliyinin hansı səviyyədə olduğunu görəndə qürur duymuş, təsirlənmiş, varlığımızın ilahi mənbəyinə şükür etmişəm. Təsəvvür edin, tarix bizi iki yerə bölüb düz 208 il bundan əvvəl... Yarımız İranda, yarımız Rusiya -SSRİ ərazisində qalmışıq...  Amma Azərbaycan köklü insanlar tarixini, mədəniyyətini, dilini... nəinki yadırğayıb, əksinə, unutmayıb, dilini itiləyib... Qısa olaraq kar və kor adamlara xatırladıram: Gülüstan sülh müqaviləsi — 1813-cü ilin 12 oktyabr tarixində Rusiya İmperiyası ilə İran (Qacar dövləti) arasında imzalanmış müqavilədir, 1804-cü ildən 1813-cü ilə qədər davam edən Birinci Rusiya-İran müharibəsini bitirən bu müqavilənin imzalanması 1 yanvar 1813-cü ildə general Kotlyarevskinin Lənkəranı tutması ilə daha da sürətlənmişdir. Müqavilə Dağıstanın, Gürcüstanın, bu günki Azərbaycan Respublikasının əksər hissəsinin və hal-hazırki Ermənistan Respublikasının şimal torpaqlarının Rusiya imperiyasına keçməsini rəsmiləşdirirdi. Müqavilənin mətni Böyük Britaniyanın Qacar imperiyasındakı nümayəndəsi olan və hakimiyyətə böyük təsir gücünə malik olan Ser Qor Ousli tərəfindən hazırlanmışdı. Müqaviləni Rusiya tərəfindən isə Nikolay Rtişev, Qacarlar tərəfindən Mirzə Əbülhəsən xan Elçi imzalamışdır. Bu müqavilənin nəticəsi olaraq Cənubi Qafqazın əksər hissəsi Rusiya imperiyasının hakimiyyəti altına keçdi. İkinci Rusiya-İran müharibəsindən sonra Rusiya Cənubi Qafqazı bütünlüklə tutdu və bunu Türkmənçay müqaviləsində Qacar dövləti tərəfindən təsdiq edilməsinə nail oldu. Gülüstan müqaviləsi və ondan sonra imzalanan Türkmənçay müqaviləsi nəticəsində azərbaycanlılar iki yerə parçalanmışdır.

 Bunu niyə xatırladıram: bu qədər bölünmə-parçalanmaya məruz qalmış, Sovet hakimiyyətinin 70 illik əsarətində olmuş Azərbaycan kimliyini 2020-ci ilin payızında 44 günlük Zəfər müharibəsində dünyaya, o cümlədən İrana tanıtdı! Amma İranın ali rəhbərinin Ərdəbil vilayətindəki nümayəndəsi və Ərdəbilin cümə imamı Ayətullah Seyid Həsən Ameli Azərbaycan, Türkiyə və Pakistanın son hərbi təlimlər keçirməsinə zərərli fikir bildirərkən gərək bu tarixləri unutmayaydı. “Biz İranın Milli Təhlükəsizlik Şurasından istəyirik ki, bizim əzəmətli “SEPAH”a (İslam İnqilabının Keşikçiləri Korpusu) icazə versin ki, sərhədin bu tayında “İranın gücünün bir zərrəsini” nümayiş etdirsin və praktiki və əməli şəkildə onlara başa salsın ki, bu, hələ şirin quyruğudur, oynamaq olmaz”.

 Təəssüf ki, İranın şiə siyasətini Azərbaycanda ifa edən Allahşükür Paşazadəmiz hələki bu dindara kimliyini və kimliyimizi anlatmayıb... Dünya da bilir ki, İran daxilində hansı ictimai-siyasi və dini təzyiqə məruzdur... Şəxsən mən yuxarıda qeyd etdiyim rəsmi tədbirlərdə iştirak edərkən İrandakı molla rejiminin mahiyyətindən canı boğaza yığılanların halını gördüm. İranda bıçaq boğaza dirənib, amma və lakin... İranın ali rəhbərinin nümayəndəsinin təhdid dolu açıqlamasına gəlincə, Azərbaycanda geniş müzakirələrə səbəb olub. KİV-lər, sosial şəbəkə istifadəçiləri məsələ ilə bağlı Azərbaycan dindarlarının reaksiya verməməsini  qınayır. Necə ola bilər ki, İrandan Azərbaycana molla və heroin ixracı, Ermənistana isə neft məhsulları, müəmmalı yüklər... Məsələn, bu gün "Biləsuvar" gömrük postunda azərbaycanlı gömrükçülər  Azərbaycandan tranzit keçməklə İrandan Latviyaya yük aparan "Renault" yük maşınına baxış zamanı böyük heroin partiyası aşkar ediblər. Sənədləşdirmədə qeyd olunub ki, guya avtomobil kimyəvi maddə daşıyır və İran vətəndaşı Siasatı Aşkan Bahman tərəfindən idarə olunur. Narkotik maddənin olmasını xidməti it aşkar edib. Avtomobilə baxış zamanı ümumi çəkisi 527,6 kiloqram olan 105 paket heroin aşkarlanıb. Və indiyədək az qala hər gün İranla sərhəd bölgələrimizdə ələ keçirilən narkotik yüklərin daşıyıcıları onu ya İrandan gətirdiklərini, yaxud İrandan göndərildiyini bildiriblər...

*** 

...Bunula İranın Azərbaycana düşmən ölkə olduğunu deməkdən min ağac uzağam... İran ən yaxın qonşumuzdur. Bu ölkədə təxminən 50 milyondan çox Azərbaycan türkü yaşayır... Bunu niyə dedim: Ayətullah Seyid Həsən Ameli bilməlidir ki, bax bu 50 milyon şirin özüdür, sadəcə, hələki səbrlidir, sakitdir, dözür...

*** 

Lap sonda: 3 il əvvəl İranda rəsmi tədbirdə olarkən İranın ən yüksək vəzifəli siyasilərinin iştirak etdiyi festivalda şair İntizar bir şeir söylədi. Videosunu təqdim edirəm və özüm qeydə almışam. Bax şir oğlu şir görün nə deyir: 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN