booked.netbooked.net booked.net  

Tanınmış idman jurnalisti Elnur Əşrəfoğlunun koronavirusla mübarizəsi davam edir. Bildiyim qədər həkimlərimiz əllərindən gələni edirlər. Amma həyəcan və narahatlıq hələ də qalır. Görünür, vaxtında müalicəyə başlanılmayıb. Ən vacibi, bu xəstəlik qorxu və həyəcanı çox sevir. Xəstələr birinci növbədə həyəcanı və qorxunu rədd etməlidir.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov da Elnur Əşrəfoğlunun sağlamlıq vəziyyətinə dair həyəcan dolu status paylaşıb: "Amansız "COVID-19" bizləri üzməyə, həyəcanlandırmağa davam edir. Həmkarımız, tanınmış idman jurnalisti Elnur Əşrəfoğlunun sağlıq durumu ilə bağlı xəbərləri böyük təlaşla oxuyuram. Dostlarının, yaxınlarının sosial şəbəkə profillərindəki dəstək çağırışlarını da. Xəstəxana ilə də əlaqə saxlayıram. Həkimlər əllərindən gələn hər şeyi edirlər.
Həqiqətən koronavirus bəlası onsuz da etibarsız olan həyatı daha da etibarlaşdırıb, ömrü vəfasızlaşdırıb. Bu bəla kimləri bizdən almadı ki. Yoxluğuna inanmadığımız neçə-neçə həmkarımız, dostumuz sıralarımızdan ayrılıb. Nə etməli? Həyatda bu sualla çox qarşılaşırıq. COVID suala sanki xüsusi tərz gətirib. Reallıq odur ki, bu tərz bəşəriyyəti təhdid etməkdə davam edir. Allah hər birinizə möhkəm cansağlığı, gümrahlıq versin... Mən isə Elnurun tezliklə sağalacağına, ailəsinə, işinin başına qayıdacağına inanıram. Bu inamı məndə onun həyat eşqi, idmançı əzmi, həkimlərimizin peşələrini vicdanla yerinə yetirmələri yaradır. Ən böyük inamım isə Uca Tanrıyadır!".
Allah kömək olsun! 
A.Məmmədli
Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN