booked.netbooked.net booked.net  

Bu gün deputat Tahir Kərimli əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevi sərt tənqid edib...

Belə ki, deputat parlamentdəki bu günkü çıxışı zamanı əsəblərini cilovlaya bilməyib: "...Hökumət üzvləri iclasda iştirak edərkən çıxışlara, qaldırılan problemlərə ənənəvi biganəlik göstərəcəklər. Hərdən hökumət üzvləri başını qaldırıb sağa baxacaq, sanki Tahir Kərimlini növbəti dəfə “QAİ” saxlayıb. Səhiyyədən danışacağıq, səhiyyə naziri cavab verməyəcək, təhsildən danışacağıq, təhsil naziri cavab verməyəcək. Balam, prezident səni vəzifəyə qoyub, üzərinə düşənləri et, islahatlar keçir! Sənə deməyib ki, get, 190 min ailənin pensiyasını kəs! Nə vaxta kimi prezidentin arxasında gizlənəcəksiniz, nə vaxta kimi xalqdan qaçacaqsınız?!”.

Təbii ki, belə əsəbi, hirsli çıxışlar elə-belə formalaşmır. Nazir Sahil Babayevin rəhbərlik etdiyi qurumla bağlı ictimai narazılığın həddi yoxdur... 

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN