Yük avtomobilinin sürücüsü heç bir qanuni əsas olmadan fəaliyyət göstərib.: Bəs Yol Polisi bunu niyə vaxtında aşkar etməyib???

Bakıda 5 nəfərin ölümü, 21 nəfərin yaralanması ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanıb. Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin  məlumatına görə, ilkin olaraq 5 nəfərin öldüyü təsdiqlənib: "7 nəfərin isə vəziyyəti ağırdır. Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir".

Qeyd edək ki, bu gün səhər saatlarında Hava limanı-Mərdəkan yolunun Suraxanı dairəsi adlanan hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib. Mərdəkan istiqamətində hərəkətdə olan 99 DH 343 DQN-lı “Mercedes” markalı yük avtomobili “Ayşən LTD” şirkətinin müvəqqəti istismarında olan, 171 nömrəli müntəzəm marşrut xətti üzrə 10 TH 116 DQN-lı sərnişin avtobusuna çırpılıb. İlkin məlumata görə, hadisə yük avtomobili sürücüsünün sükan arxasında yuxulaması səbəbindən baş verib. Belə ki, sürücü yuxuladığından avtomobil idarəetmədən çıxaraq avtobusa dəyib. Nəticədə avtobus da aşıb. "Daha bir qeyri-qanuni daşıma xidmətinin sürücüsünün səbəb olduğu hadisə-faciə!" Bunu Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib. "Mərdəkan istiqamətində hərəkətdə olan 99 DH 343 DQN-lı "Mercedes” markalı yük avtomobili 171 nömrəli müntəzəm marşrut xətti üzrə 10 TH 116 DQN-lı sərnişin avtobusuna çırpılıb. Yük avtomobilinin sürücüsü heç bir qanuni əsas olmadan fəaliyyət göstərib. Dünəndən bu cür daşımalara qarşı başlanan tədbirlərlə bağlı sosial hesablarda ünvanımıza "bir tikə çörəyi niyə kəsirsiz" ittihamlarına qarşılıq bu hadisənin cavab olmasını heç istəməzdik... Amma fakt faktlığında qalır. İlkin məlumata görə, hadisə yük avtomobili sürücüsünün sükan arxasında yuxulaması səbəbindən baş verib. Belə ki, sürücü yuxuladığından avtomobil idarəetmədən çıxaraq avtobusa dəyib. Nəticədə avtobus da aşıb. Qəza nəticəsində dünyasını dəyişən sərnişinlərin yaxınlarına səbr, xəsarət alanlara şəfa diləyirik!", - deyə o, qeyd edib.

Sual olunur: Bəs Yol Polisinin əlində bütün texniki imkan var ki, qanunsuz fəaliyyət göstərən yük avtomobilini vaxtında aşkarlasın və xəttdən çıxarsın, cərimələsin. necə olur ki, sığortasının müddətinə başa çatan kimi bir sonra DYP əməkdaşları sürücüləri saxlayıb cərimələyir, amma belə qanunsuz fəaliyyəti "görə" bilmir??? Sual budur...

A.Məmmədli


GÜNDƏM

Jurnalistler


IMAGE
Həftəbecər
Tuesday, 30 November 2021
By Elçin Məmmədli

Vizual Xəbərlər

Video Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA