Türkiyənin tanınmış iş adamı, “BAYKAR” şirkətinin İdarə Heyətinin sədri Özdəmir Bayraktar vəfat edib.

Səlcuq, Haluk və Ahmet Bayraktarın atası "Baykar" İdarə Heyətinin sədri Özdemir Bayraktar 72 yaşında dünyasını dəyişib. Bayraktar sabah İstanbulda dəfn olunacaq. 
Türkiyə KİV-nin məlumatına görə, Türkiyə Milli PUA-nın yaradıcısı, sahibkar, mühəndis  Özdemir Bayraktar İstanbuldakı özəl  xəstəxanalardan birində xərçəng xəstəliyindən müalicə olunurmuş.

Qeyd edək ki, Özdemir Bayraktarın oğulları sosial şəbəkədə atalarının vəfat etdiyini elan ediblər.

Selçuk Bayraktar "Atam, canım, dostum, rəhbərim, yoldaşım Allahın rəhmətinə getdi. Qanı, həyatı, sağlamlığı və varlığını millətimizin tam müstəqilliyi uğrunda mübarizəyə həsr etdi", - deyə ifadə edib.

Oğlu Haluk Bayraktar da sosial media hesabında etdiyi açıqlamada  "İlham mənbəyimiz olan atamız Özdemir Bayraktar bu gün Allahın rəhmətinə qovuşdu. Dəyərlərindən heç bir zərər vermədən sədaqətli bir həyat sürdü. Yenilməz əzmi ilə araşdırıb, istehsal edənlərdən oldu. Haqsızlıq qarşısında əsla təslim olmadı, bacardığı qədər kömək etdi. Allah ona rəhmət eləsin" bildirib.

Qeyd edək  ki, Özdəmir Bayraktar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qudasıdır.

Xatırladaq ki, Azərbaycanın Qarabağ zəfərinin qazanılmasında “Baykar” şirkətinin istehsalı olan “Bayraktar”  pilotsiz uşan aparatları – PUA- lar əhəmiyyətli rol oynayıb.

Azərbaycan Prezidenti İlham Əliyev də Səlçuk və Haluk Bayraktar qardaşlarını  “Qarabağ” ordeni ilə təltif edib.

Y.MƏMMƏDLİ

 

 


GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 25 January 2022
By Elçin Məmmədli

Vizual Xəbərlər

Video Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA