Millət vəkili Musa Urudun qadınlara evdə gördükləri işə görə ərləri tərəfindən ödəniş edilməsi barədə fikirləri sosial mediada böyük müzakirə mövzusu oldu...
Musa Urud bu dəqiqələrdə həmin müzakirələrə münasibətini açıqlayıb:
Bu gün Yeni Azərbaycan Partiyası mərkəzi aparatında " Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolu" mövzusunda keçirilən konfransda çıxışım zamanı söylədiyim bir teziz saytlarda və sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.
Müzakirəyə qoşulan və rəy bildirənlərin mövqeyindən asılı olmayaraq bu fikrin diqqət çəkməsi məni sevindirir.
Həmin tezizi burada bir daha qeyd etməklə qadın əməyinə daha yüksək qiymət verməyin cəmiyyətin inkişaf və mədəniyyət göstəricisi olduğunu bir daha vurğulamaq istəyirəm: "Əmək haqqına münasibətdə də kişi əməyinə nisbətən qadın əməyinin diskriminasiya olunduğunu söyləmək olar. Dünyada hər bir dollar kişi əməyinə yetmiş yeddi sent qadın əməyi qiymətləndirilir. Ev işlərinin, ailə təsərrüfatının idarə olunmasının, ailə üzvlərinə qulluq kimi haqqı ödənilməyən iş saatlarının 77%-i qadınların payına düşür. 
Azərbaycanda qadınların orta əmək haqqısı kişi əməyinin yalnız 63,3%-ni təşkil edir. Bu rəqəm elmi-texniki fəaliyyət sahəsində 47,6%, maliyyə və sığorta fəaliyyəti sahəsində 59,2 %, emal sənayesi sahəsində 63,8%, səhiyyə və sosial xidmətlər sahəsində 63,9%, təhsil sahəsində isə 79% təşkil edir.
Qadın sahibkarlığına ölkədə kifayət qədər dəstək verilməsinə baxmayaraq hələdə sahibkar qadınların sayı kişilərdən 3,7 dəfə azdır. Əgər 836 679 nəfər kişi fərdi sahibkarlıqla məşğul olursa, qadınların sayı 225 858 nəfər təşkil edir".
Əlbəttə "ev işlərinə görə kişilər qadınlara əmək haqqı verməlidilər"-, deməklə mən yuxarıdakı arqumenti qüvvətləndirmək niyyəti güdürdüm və bu fikri birbaşa qəbul etmək ciddi adamların ağlına da gəlməyəcəkdir. Məqsədim məişətdə qadınlarımızın zəhmətinə qiymət vermək, onların əməyinin nə qədər dəyərli olduğunu cəmiyyətin diqqətinə çatdırmaq idi. Bu qiyməti isə qadına daha çox hörmət bəsləmək, onun qədir- qiymətini bilməkdən ibarət ola bilər!
(O ki, qaldı, Kişilərin etirazına, narahatçılığa əsas yoxdur, belə bir qanin qəbul olunmayacaqdır! )
Mən o çıxışımda başqa təkliflər də vermişdim, təəssüf ki, onlar bir qədər medianın diqqətindən kənarda qaldı. Mən təklif etmişdim ki:
1. Şəhid anası ordeni təsis edilsin.
2. Pandemiyada fədakarlıq göstərən tibb işçilərimizə ( onların çoxu qadınlardır) dövlətin müxtəlif mükafatları verilsin.
3. Televizyalarda uğurlu qadın obrazı seçilərkən şou- biznes nümayəndələri deyil, alim, dövlərçi, sahibkar qadınlarımız, şəhidlərimizin anaları və həyat yoldaşları diqqət mərkəzinə gətirilsin
İstənilən halda bu məsələlərin gündəmə gətirilməsini və müzakirə edilməsini müsbət hadisə hesab edirəm. Böyük Hüseyin Cavid deyirdi:
Qadın gülsə, bu issız mühitimiz güləcək,
Sürüklənən bəşıriyyət qadınla yüksələcək!
Böyük İslam peyğəmbəri Məhəmməd əleyissalam buyururdu: " Övladlarınız arasında fərq qoymayın, əgər fərq qoyası olsanız, üstünlüyü qızlarınıza verin"!
Təqdim etdi: A.Məmmədli

GÜNDƏM

Jurnalistler


IMAGE
Həftəbecər
Tuesday, 30 November 2021
By Elçin Məmmədli

Vizual Xəbərlər

Video Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA