booked.netbooked.net booked.net  

...Milan rəssamlıq Akademiyasının ilk azərbaycanlı məzunu, uzun illərdir İtaliyada yaşayıb rəssamlıq fəaliyyəti ilə məşğul olan Elay Lİ-nin (Məmmədov) bu ölkədə möhtəşəm sərgisi keçirilib...

 Elay Li-nin İtaliyadan başlayan rəssamlıq fəaliyyətinin beynəlxalq ictimaiyyətə və dünya incəsənətinə tanıdılması üçün hələ iki il əvvəl Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin maliyyə dəstəyi ilə təşkil edilən tədbir gözlənilən nəticəni verib. Belə ki, Elayın 2019-cu il sentyabr ayının 18-də Neapolun məşhur “Palazzo Fondi” rəsm qalareyasında baş tutan fərdi sərgisi bütün iştirakçılar tərəfindən maraqla qarşılanmaqla, gənc rəssamın peşəkar fəaiyyətində böyük rol oynayıb. Ötən ilin iyul ayında isə Milanda keçiriləcək tanınmış və tanınmaqda olan rəssamların beynəlxalq sərginin əsas hissəsində Elay Linin də adı qeyd edilib. Sərgi zamanı İtaliya, Almaniya, İngiltərə, Hollandiya, Belçika, Çin,Yaponiya, Koreya və digər ölkələrin müxtəlif üslublarda işləyən rəssamları öz əsərlərini nümayiş etdiriblər. Elay bu nüfuzlu sərgidə məhz Azərbaycanın incəsənət dəyərlərini təbliğ edib. Ən maraqlısı, gənc rəssam Elayın əsərləri İyulun 17-dən 29-dək İtaliyanın nüfuzlu sənətkarları Arnaldo Pomodoro, Michelancelo Pistoletto, Valerio Adami kimi rəssamlarla eyni hissədə sərgilənib. 

***

 Onu da deyək ki, dünəndən Florensiyanın məşhur Fortezza Da Basso qalareyasında 13-cü beynalxalq rəsm sərgisi işə başlayıb. Sərgidə 40-dan artıq ölkənin 460 nümayəndəsinin 1000-ə yaxın əsərləri nümayiş olunur. Sərgidə ölkəmizi bu dəfə də Milan Rəssamlıq Akademiyasının ilk azərbaycanlı məzunu Elay Li təmsil edir. Elaya media dəstək Neapol-Baki Assosiasiyası tərəfindən göstərilir... Sərgi oktyabrın 31-də başa çatacaq. Oktyabrın 28-dən isə Elay Li-nin (Məmmədovun) daha bir rəsm əsəri Torino beynəlxalq sərgisində nümayiş olunacaq. 

Həmyerlimiz, gənc rəssam Elay Li-yə daha böyük rəssamlıq yaradıcılığı arzulayırıq.

A.Məmmədli 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN