booked.netbooked.net booked.net  

…Məsəldir, deyirlər, ay filankəs, o qabaqda gedən zəncirli kimdir, deyib, ağıllımız…

İndi, deyəsən, Ermənistanda bir ağıllı tapılıb, o da Paşinyandır. Dünən Paşinyandan gələn sensasiyalı bəyanat Ermənistanı çalxayıb. Deyib ki, «Zəngəzuru verməsək, Əliyev ordusunu göndərəcək - Müqavimət göstərməyə isə gücümüz yoxdur». Bu barədə dünən Paşinyan Zəngəzurun meri ilə görüşdə belə deyib, amma o, həm də dəhliz barəsində danışıb, “arsax” barədə sensasiyalı bəyanat da verib. Ermənistanın “Hraparak” qəzeti Paşinyanın söylədiklərini elə belə də yazıb: “Arsax Azərbaycanındır. Bizi 30 ildir aldadıblar, sonu belə olmalı idi, oldu da. Biz yolları bağlaya bilmərik, Zəngəzurdan Azərbaycanla Naxçıvanı birləşdirən yol verməyə bilmərik, çünki Əliyev buna hərbi vasitələrlə nail olmağa çalışacaq, bizim buna müqavimət göstərmək üçün resurslarımız yoxdur”, - Paşinyan bildirib.

Bəli, Ermənistanda az-çox ağıllılar anlayır ki, indi Qafqazda və dünyada geosiyasi vəziyyət elə dəyişib ki, Azərbaycanla düşmənçilik ölkəni uçuruma aparmaqdan başqa bir şey deyil… Ermənistan isə artıq uçurumun içindədir…

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Sali, 05 Mart 2024
By Elçin Məmmədli

Tezadlar Arxiv

İDMAN