booked.netbooked.net booked.net  

Azərbaycanda hərbi qulluqçuların fəaliyyəti ilə bağlı qadağalar müəyyən edilir.

Bu, “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsində əksini tapıb.

Yeni qanun layihəsinə əsasən, hərbi qulluqçulara tətil etmək, seçkili orqanlarda vəzifə tutmaq, siyasi partiyalara, qeyri-hökumət təşkilatlarına, dini qurumlara və həmkarlar ittifaqlarına üzv olmaq, yığıncaqlarda, nümayişlərdə, küçə yürüşlərində və piketlərdə iştirak etmək, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına mülki peşə, orta ixtisas və ali təhsil müəssisələrində təhsil almaq, daimi yaşayış üçün xaricı getmək, siyasi və dini təbliğatla məşğul olmaq, dövlət sirrini yaymaq, komandirlərin (rəislərin) qanunla müəyyən edilmiş qaydada verilmiş əmrlərini, sərəncamlarını və göstərişlərini müzakirə etmək və ya tənqid etmək, hərbi xidmətlə bağlı kütləvi informasiya vasitələrinə və ya onların nümayəndələrinə komandirlərin (rəislərin) icazəsi olmadan birbaşa müsahibə vermək, hərbi xidmət vəzifələrinin icrasının dayandırılmasına yönəlmiş hərəkət (hərəkətsizlik) etmək, qadağan olunmuş əşya və ya texniki vasitələri (cihazları) hərbi hissənin ərazisinə və xidmət yerinə gətirmək və onlardan istifadə etmək, sosial şəbəkələrdə, internet informasiya ehtiyatlarında hərbi xidmətlə bağlı məlumatları yaymaq, xidməti mənsubiyyətini açıqlamaq qadağan edilir. (trend)

***

Qeyd edək ki, “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsində əksini tapan bir çox qadağalar, hazırkı zamanda  çox vacibdir.

Xatırladaq ki, 44 günlük Vətən müharibəsi dövründə şəhidlərin sayı, şəkilləri, qulluq etdiyi yer, hətta döyüş bölgəsində aparılan əməliyyatlar zamanı baş vermiş hadisələr belə sosial şəbəkələrdə yayılırdı.

Bu tip xəbərlərin, video və şəkillərin yayılmaması üçün  xəbərdarlıqlar da edilirdi.  Lakin yenə də qarşısını almaq müşkülə çevrilirdi… 

Düşmən tərəf isə bir çox şəkil və videolardan əleyhimizə istifadə edirdi…

Çox təəssüf ki, bu günlərdə sərhəddə ermənilərin təxribatı nəticəsində baş vermiş  döyüş əməliyyatları ilə də bağlı bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən qeyri-rəsmi foto və video materiallar paylaşıldı...

***

Xatırladaq ki, noyabrın 20-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib.

Müşavirədə də xüsusi olaraq qeyd olunub ki, son günlər dövlət sərhədində gedən döyüş əməliyyatları ilə bağlı bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən qeyri-rəsmi foto və video materialların paylaşılması Müdafiə Nazirliyinin rəhbərliyinin ciddi narahatlığına səbəb olub. Azərbaycan Ordusunun komandanlığı tərəfindən həyata keçirilən tədbirlər nəticəsində məxfilik rejimini kobud şəkildə pozaraq bu kimi paylaşımları edən bir qrup hərbi qulluqçu müəyyən edilib. Həmin hərbi qulluqçuların ordu sıralarından tərxis edilməsi barədə qərar qəbul olunub, onların törətdiyi əməllərə hüquqi qiymətin verilməsi üçün toplanılan materiallar hüquq-mühafizə orqanlarına göndərilib.

Y.MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Sali, 05 Mart 2024
By Elçin Məmmədli

Tezadlar Arxiv

İDMAN