Keçmiş prezident Mixeil Saakaşvilinin oğlu Eduard Saakaşvili Qori hərbi hospitalında atasını ziyarət edib...

"Təzadlar" Gürcüstan KİV-lərinə istinadla bildirir ki, atası ilə görüşdən sonra Edurd jurnalistlərin suallarını cavablandırıb. Onun sözlərinə görə, Mixeil Saakaşvili sabah baş tutacaq məhkəmə iclasında iştirak etmək istəyir: “Zəiflik müşahidə olunur, amma psixoloji cəhətdən yaxşı formadadır və məhkəmədə iştirak etmək istəyi var və buna nail olacağına inanırıq. Onunla görüşdə siyasətdən danışmadıq, lakin çox xoş görüş oldu və mən ümumilikdə yaxın gələcəyə böyük ümid edirəm”, - deyə Eduard Saakaşvili bildirib...

Xatırladırıq ki, sabah Saakaşvilinin məhkəməsi keçiriləcək. Artıq onun tərəfdarları bəyan edib ki, izdihamlı mitinq gözlənilir...

A.Məmmədli