booked.netbooked.net booked.net  

Rusiyanın xarici işlər naziri Sergey Lavrov hesab edir ki, Minsk razılaşmalarının əsas müddəalarını dəyişdirmək cəhdləri Ukrayna üçün “fəlakətə” çevriləcək.

"Təzadlar" "Ria Novosti"yə istinadla bildiri ki, o, bu barədə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının iclasında danışıb. Lavrov bildirib ki, ATƏT Ukraynaya Donbassdakı vəziyyətin həlli üçün “Minsk razılaşmalarına yenidən baxılmasının yolverilməzliyi” barədə aydın siqnal göndərməlidir. O, həmçinin vurğulayıb ki, Kiyev Minsk razılaşmaları çərçivəsində üzərinə götürdüyü hüquqi öhdəliklərin yerinə yetirilməsindən, xüsusən də Donetsk və Luqansk ilə birbaşa dialoqdan yayınmağı dayandırmayana qədər Ukraynadaxili böhranın öhdəsindən gəlmək mümkün olmayacaq. Bundan əvvəl Sergey Lavrov “quduran” Ukrayna haqda danışıb və onun Minsk razılaşmalarına və Rusiyaya qarşı aqressivliyini vurğulayıb.

Bəli, Ukraynanın siyasi və hərbi rəhbərliyi Rusiyanı dəfələrlədir təcavüzkar adlandırır...

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Sali, 05 Mart 2024
By Elçin Məmmədli

Tezadlar Arxiv

İDMAN