booked.netbooked.net booked.net  

...Saakaşvilinin həyat yoldaşı, Ukrayna Dumasının deputatı Yasko bəyanatla çıxış edib...

"Gürcüstanda Mixail Saakaşvili sizə lazım deyilsə, onu Ukraynaya qaytarın, bizə lazımdır", -deyən Yelizaveta Yasko eks-prezidentin səhhətindən də danışaraq, Saakaşvilinin zəif olduğunu bildirib: “Mixeil Saakaşvili zəifdir, onu bir neçə dəfə uzanıb dincəlməyə məcbur ediblər, təəssüf ki, zəifdir. O, ilk növbədə bu soyuq havada prosesləri işıqlandırmağa çalışan jurnalistlərə salamlar göndərir. Demək istədiyim odur ki, dünənki məhkəmə bizə göstərdi ki, Gürcüstanda Saakaşviliyə qarşı ittihamlar var və belə görünür ki, hakimiyyət Mixeil Saakaşvilini öldürmək istəyir və onu uzun illər azadlıqdan məhrum edilməsini istəyir. Əgər sizə Gürcüstanda Mixeil Saakaşvili lazım deyilsə, onu Ukraynaya qaytarın, bizə lazımdır”, - deyə Liza Yasko bildirib.

Lakin Gürcüstanın siyasi rəhbərliyi bütün beynəlxalq təzyiqlərə baxmayaraq onu azad etməyə tələsmir...

A.Məmmədli

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN