booked.netbooked.net booked.net  

Paşinyan: Qarabağın müstəqilliyini tanımasının zəruriliyi barədə bəyanatlar təhlükəlidir və müharibə ilə nəticələnə bilər

Ermənistanın Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Dağlıq Qarabağın müstəqilliyinin tanınması ilə bağlı opponentlərinin mövqeyini ziddiyyətli hesab edir.

 Yerevan, 17 iyun-Sputnik. Ermənistan Respublikasının Qarabağın müstəqilliyini tanımasının zəruriliyi barədə bəyanatlar təhlükəlidir və müharibə ilə nəticələnə bilər. Bu barədə Ermənistan Baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan cümə axşamı İctimai Televiziyanın efirində seçkiqabağı müzakirələrin gedişində bildirib.

 O, 44 günlük müharibə zamanı və indi də  Dağlıq Qarabağın müstəqilliyinin tanınmaması mövqeyinə  tənqidi yanaşan  opponentlərini tənqid atəşinə tutub.

 "Çox maraqlı bir vəziyyət yaranıb. “Qarabağ Ermənistandır və nöqtə” ifadəmə görə məni qınayırlar ki, bu ifadəm müharibəyə səbəb oldu. İndi həmin insanlar təkidlə soruşurlar ki, Qarabağı niyə tanımırıq. Əgər mənim ifadəm müharibəyə səbəb oldusa, o zaman Qarabaın müstəqilliyini tanısaq, bu müharibəyə gətirib çıxarmazmı? Bu cür mövqe bu gün də davam edir. Mən isə hesab edirəm ki, bu cür mövqe müharibə ilə nəticələnə bilər”-deyə Paşinyan bildirib.

Şakir QURBANOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN