booked.netbooked.net booked.net  

...DİN-nin DYP əməkdaşları BNA-nın çörək ağacı olan qanunsuz dayanma-durma nişanlarına qarşı reydə başlayıb...

Çünki artıq əhali arasında ictimai narazılıq pik həddə çatıb. Sürücülər evdən çıxanda BNA müfəttişlərinin və ya BNA-nın qanunsuz quraşdırdığı kameralarının cərimə sanksiyalarını göz altına alır... Bütün Bakı belədir- evdən çıxdın, dayanma, yalnız irəli hərəkət elə, dayansan, BNA-çılar sənə cərimə yazacaqlar. Həyasızlığın son həddidir... Şikayətçi V.Həsənovun "Təzadlar"ın elektron poçtuna göndərdiyi giley dolu sözləri düşündürücüdür: "...Yusif Səfərov küçəsində Pespublika Perinatal Mərkəzinin tinindən sağa-Xətai Prokurorluğuna tərəf-Sabir Orucov küçəsi ilə irəlilədikcə sağ və sol məktəb, dükan, aptek, bank, Bravo, uşaq bağçası, meyvə-tərəvəz mağazası, uşaq əşyaları dükanı və s. olduğu halda, 1 km məsafədə, ta 37-ci bölməyədək dayanmaq və durmaq olmaz. Çünki BNA-nın müfəttişləri hər yeri bu nişanla doldurub, güdürlər, dayanıb aptekə girirsən, ya özləri, ya da işverənləri foto çəkib onlara göndərir. Bir taksi sürücüsü deyir ki, hər foto göndərənə 3-4 manat verirlər, mən razı olmamışam ki, bu kişilikdən deyil...".

 Bakı Nəqliyyat Agentliyinin bu hərəkəti əhalini üsyana qaldırmağa xidmət edir. Prezident işə qarışmasa, biabırçılıq olacaq... Bu qanunsuzluğun qarşısı alınmalıdır... MTK-lar Bakını tıxaca yükləyib, hər gün saatlarla yollarda qal, aptekə girib korona xəstəsinə dərmal almaq istə, 20 manat cərimə ödə??? Bunlar nə demək istəyir??? Vüsal Kərimli dövlət içində dövlət qurmaq istəyir???

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Sali, 05 Mart 2024
By Elçin Məmmədli

Tezadlar Arxiv

İDMAN