booked.netbooked.net booked.net  

...Azərbaycan banklarının kredit faizlərindən həyatını zəhərə döndərən vətəndaşların güzəranı hər kəsə bəllidir.

Ən etibarlı banklarımız belə əmanəti illik 1 faizə götürür, amma krediti 17-25 faizə verir... Lakin Gürcüstan bankları bu məsələdə Azərbaycan banklarına nümunə olacaq. Belə ki, Xalq Müdafiəçisi dövlətdən yardım və pensiya alan şəxslərə kreditlərin verilməsində faiz dərəcələrinin aşağı salınması üçün aidiyyatı qurumlara müraciət ünvanlayıb. "Təzadlar" Gürcüstan KİV-lərinə istinadla xəbər verir ki, bu barədə Gürcüstanın Ombudsman Aparatı məlumat yayıb.

 Məlumata əsasən, Xalq Müdafiəçisi ümumi təkliflə bank xidmətlərinin müəyyən edilməsi üzrə İdarələrarası Komissiyanın sədrinə, Əmək, Səhiyyə və Sosial Məsələlər nazirinə, Sosial Xidmət Agentliyinin direktor vəzifəsini icra edənə və Gürcüstan Milli Bankının prezidentinə müraciət edib. Müraciətdə, "Liberty Bank”ın faiz dərəcəsini təyin edərkən kredit istifadəçilərinin müxtəlif sosial-iqtisadi vəziyyətini nəzərə almadığı və bu da həmin şəxsləri əsassız olaraq çətin vəziyyətə saldığı qeyd olunub. Bildirilib ki, aztəminatlı ailələrə, veteranlara, qaçqın statusu olan şəxslərə, əlillərə, pensionerlərə və dövlət yardımı alan digər şəxslərə kredit faizlərinin aşağı endirilməsi üçün müvafiq addımlar atmağa çağırıb.

 Bizim Ombudsmanın da belə bir addım atmasına ciddi ehtiyac var. Evi, maşını, digər əmlakı əlindən çıxan, müflis olan, dözməyib intihar edən... Bunlar faktdır və qarşısı alınmalıdır...

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Sali, 05 Mart 2024
By Elçin Məmmədli

Tezadlar Arxiv

İDMAN