booked.netbooked.net booked.net  

...Azərbaycanı Rusiyada təmsil edən "KVN"şiklərimizin ermənilərin təkidi ilə Şuşanın adını dəyişib "Buta" edərək yarışa qatılanların rəhbəri olan Müşfiq Abbasovun qalmaqalı davam edir... Professor, tanınmış tarixçi alim Ədalət Tahirzadə özünün fb statusunda maraqlı açıqlama ilə çıxış edib. Ə.Tahirzadə yazır: "...Moskvada oturan bir erməni Rubenin sözü ilə "Şuşa" komandasının adını dəyişərək "Buta" ediblər, indi də komanda rəhbərləri özlərinə haqq qazandırmaq istəyirlər. Şuşanı almış müqəddəs şəhidlərimizin müqəddəs qanları sizi tutsun! Bu təklifi eşidən kimi heç nəyə baxmadan niyə geri dönmədiniz?! Boynunuzu yerə soxum! Bu oyunu oynamaq sizə Şuşanın şərəfi ilə oynamaqdan daha qiymətlimi idi?!
Rəhmətlik Mirzə Əliəkbər Sabir bir zamanlar yazmışdı:
"İndi Yefremlər olub xanları iranlıların!
Dərhəqiqət pis imiş qanları iranlıların!"
Sabir bu şeirində Səttar xanın 300 silahdaşını Təbrizdə top və pulemyot atəşi ilə məhv edən, özünü isə ölümcül yaralayan erməni "Yefrem xan Davityan"ı nəzərdə tuturdu... Bu gün də mən həmin şeiri bir balaca dəyişdirib Rubenin təklifi ilə "Buta"ya dönmüşlərə deyirəm:
"İndi Rubenlər olub xanları “Şuşa”lıların!
Dərhəqiqət pis imiş qanları “Şuşa”lıların!"
Bəli, Şuşa indi bizim üçün təkcə şəhər deyil, həm də Azərbaycanın şərəf sərhəddidir. Onu şərəflə qorumalıyıq...
A.Məmmədli
Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Sali, 05 Mart 2024
By Elçin Məmmədli

Tezadlar Arxiv

İDMAN