booked.netbooked.net booked.net  

Qazaxıstan hadisələrinin ardınca Tacikistanla Qırğızıstan arasında gərginlik baş verib...

Dünta mediası bunun üçüncü qüvvə və ya dövlət tərəfindən süni yaradıldığı bildirilir. Diqqət və ya şübhələr isə Rusiyanın üzərinə yönəlib...

Dünən adı çəkilən iki dövlətin sərhədində baş verən silahlı gərginlik isə soyuq başla çözülüb. Belə ki, Qırğızıstan və Tacikistan iki ölkənin nümayəndələri arasında aparılan danışıqlardan sonra sərhəddə tam atəşkəs haqqında razılığa gəliblər. “RİA Novosti” xəbər verir ki, Qırğızıstanın Sərhəd Xidmətinin mətbuat mərkəzindən bildirilib.“Danışıqların yekunlarına görə aşağıdakı razılıqlar əldə olunub: tam atəşkəs haqqında; hər bir tərəfin sərhədə cəlb edilmiş əlavə qüvvə və vasitələrin daimi dislokasiya yerlərinə çıxarılması haqqında, Batken-İsfana magistral yolu boyunca hərəkətin açılması, münaqişələrin qarşısının alınması üçün Qırğızıstan və Tacikistanın sərhədyanı rayonlarının hüquq-mühafizə orqanlarının əməkdaşlarının birgə patrul xidməti haqqında”, - mətbuat xidmətinin sözçüsü bildirib. Onun sözlərinə görə, danışıqlarda Qırğızıstanın Batken vilayətinin və Tacikistanın Soqd vilayətinin qubernatorları, iki ölkənin sərhəd idarələrinin və hüquq-mühafizə orqanlarının nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, dünən Qırğızıstan və Tacikistan sərhədində atışma olub. Qarşıdurma zamanı 1 nəfər ölüb, 17 nəfər yaralanıb. Qırğızıstan tərəfinin məlumatına görə, atışma Tacikistan sərhədçiləri tərəfindən həyata keçirilib. Lakin Düşənbə bununla razılaşmır və toqquşmanın onların vətəndaşlarının avtomobillərinə hücumla törədildiyini bildirir.

*** 

ABŞ və Rusiya arasında neçə gündür pik həddə çatan gərginliyin üstündən Qırğızıstanda baş verən hadisələr isə düşünməyə əsas verir.

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Sali, 05 Mart 2024
By Elçin Məmmədli

Tezadlar Arxiv

İDMAN