booked.netbooked.net booked.net  

Son olaylar yenidən Rusiya ilə Gürcüstan arasında narahatlıq yaradıb...

Belə ki, bu günə təyin olunan Tbilisi-Moskva çarter reysi uçuşa bir neçə dəqiqə qalmış ləğv olunub. 24News.ge xəbər verir ki, bu barədə “Gürcüstan Hava Yolları” aviaşirkəti məlumat yayıb. Məlumatda qeyd olunub ki, təyin olunan reys ətrafında Gürcüstanda mediada və cəmiyyət arasında yaranan ajiotaj və tənqidlər problemlərə səbəb olub və Rusiya tərəfi uçuşun yerinə yetirilməsinə müvafiq icazəni ləğv edib. Şirkət bildirib ki, bu birdəfəlik uçuş olmalı idi və planlaşdırılan uçuş biznes nümayəndələrinin daşınmasını təmin etməli idi. Xatırladaq ki, Vladimir Putinin qərarı ilə Rusiya 2019-cu il iyulun 8-dən Gürcüstanla hava nəqliyyatını dayandırıb.

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN