booked.netbooked.net booked.net  

Rusiya Federasiyası İsveçrənin Gürcüstandakı səfirliyinin Rusiya maraqları bölməsində baş vermiş insidentlə bağlı Gürcüstan Xarici İşlər Nazirliyinə nota göndərib.

Bu barədə Rusiya XİN-nin informasiya və mətbuat departamentinin direktor müavini Aleksey Zaytsev məlumat verib. Onun sözlərinə görə, rəsmi Moskva yanvarın 26-da İsveçrənin Gürcüstandakı səfirliyində, Rusiya Federasiyasının maraqları bölməsinin  binası yaxınlığında  gürcü müxalifətinin anti-Rusiya siyasi aksiyası keçirməsindən narahat olub. O, qeyd edib ki, aksiya başlamazdan bir qədər əvvəl bölmədə, əsas və ehtiyat enerji təchizatının kəsilməsi baş verib. Zaytsev qeyd edib ki, baş verənlərlə bağlı maraqlar bölməsi Gürcüstan XİN-ə nota göndərib və Gürcüstan hökumətinin Diplomatik əlaqələr haqqında 1961-ci il 18 aprel tarixli Vyana Konvensiyasına ciddi əməl etməsini tələb edib. "Rusiya XİN oxşar siqnalları, İsveçrə Konfederasiyasının Moskvadakı səfirliyinin Gürcüstanın maraqları bölməsinin rəhbərinə də çatdırılıb”, - Zaytsev bildirib. O, hazırda bölmənin elektrik enerjisinin verilişinin tam bərpa olunduğunu vurğulayıb. "Ümid edirik ki, Gürcüstan hökuməti belə hadisələrin qarşısını almaq üçün bütün mümkün tədbirləri görəcək", - Zaytsev əlavə edib. 

Xatırladaq ki, Rusiya və Gürcüstan arasında diplomatik əlaqələr yoxdur. Ölkələr arasında dialoq, yalnız Cenevrə müzakirələri, Karasin-Abaşidze arasında 2012-ci ildə Praqada keçirilən danışıqlar çərçivəsində saxlanılıb. Səbəb isə 2008-ci ildə  Rusiya və Gürcüstan arasında 5 gün davam edən müharibənin baş verməsi və Kremlin avqustun 26-da  Abxaziya və Cənubi Osetiyanın suverenliyini tanıması olub...

Y.MƏMMƏDLİ

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Sali, 05 Mart 2024
By Elçin Məmmədli

Tezadlar Arxiv

İDMAN