booked.netbooked.net booked.net  

Xəbər verdiyimiz kimi, koronavirusdan vəfat edən Əməkdar artist Yaqub Zurufçu ötən gün “Qurd qapısı” qəbiristanlığında dəfn edilib.

Mərhum Xalq artistləri Arif Quliyev və Rafiq Hüseynovun (Rəmiş) yanında torpağa tapşırılan sənətçinin dəfn mərasimində sənət dostlarından az adamın iştirak etməsi diqqətdən yayınmayıb.

Ölkə mediasında müzakirələrə səbəb olan bu mövzu ilə bağlı mətbuata açıqlama verə Xalq artisti Flora Kərimova dəfnin harada olacağını bilmədiyi üçün mərasimə qatılmadığını deyib: “Mən bağda idim, Yaqub bəyin vəfat etdiyini gec eşitdim. Sonra mətbuatda gedən yazılardan gördüm ki, dəfn mərasimi olacaq, amma harada olacağını yazmamışdılar. Yoxsa, mən sürünə-sürünə gedərdim. Mənim Yaqub Zurufçuya hörmətim böyükdür. O, ilk dəfə Azadlıq meydanında “Ayrılıq”ı oxuyanda mən də orada idim, bir mahnı ilə insanları birləşdirdi. Bir mahnı ilə hamımızın ürəyində məskən saldı. Ola bilərdimi ki, mən Yaqub Zurufçunun dəfnində olmayam? Məkanı kimdən öyrənəcəyimi bilmədim, ailəsindən kiminsə əlaqə nömrəsi məndə yox idi. İki nəfərə zəng elədim, onlar da dedilər ki, ünvanı bilmirik. Mən onun ruhundan üzr istəyirəm. Yaqub Zurufçu uşaqtəbiətli insan idi, xoş avazlı idi, hər zaman ürəkaçan sözlər, komplimentlər deyirdi. Onun danışıq tərzinə görə belə adam istəyirdi öpüb, qucaqlayıb, “çox sağ ol” desin. Ancaq sonradan öyrəndim ki, Rəmişlə Arif Quliyevin yanında dəfn edilib. Bir-bir adları sayırıq, sənətkarlarımızı itiririk. Dayanmışıq növbəyə, gələn dəfə də mənim sorağımı eşidəcəksiniz…”.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN