booked.netbooked.net booked.net  

Ulu Tanrının bu millətə rəhmi gəlsin...

...Hollandiyada yaşayan və hamımızın yaxşı tanıdığı “Azərbaycanın Dostları Cəmiyyəti”nin sədri, Avropada nəşr olunan “Xudafərin” jurnalının, həmçinin eyni adlı saytın təsisçi və baş redaktoru Elman Mustafazadə "Təzadlar"la yaxından əməkdaşlıq edir. Uzaqda olsa da, hər gün, hər an Azərbaycanın dərdləri, problemləri ilə yaşayır. Azərbaycan həqiqətlərinin Avropada yayılmasında, 44 günlük II Qarabag savaşında qazanılan tarixi qələbəmizin, Ali Baş komandan, prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətininvtəbliğində mühüm rol oynayır. E. Mustafazadənin bir fikri çox maraqlıdır: ”Qarabağı işğaldan azad edən kəs, atamın qatili də olsa,  onu dəstəkləyib, hər yerdə təbliğ etmək üçün əlimdən gələni əsirgəməyəcəyəm. Bu gün Azərbaycanda lider kimi İlham Əliyevə alternativ yoxdur”.  Çox gözəl fikirlərdir. Bununla belə, respublikamızda olan ayrı- ayrı problemlər, neqativ hallar, bəzi məmurların rüşvətə qurşanması və s. E.Mustafazadəni elini, obasını, vətənini, dövlətini hədsiz dərəcədə sevən biri kimi narahat edir. Elə təzəlikcə redaksiyamıza göndərdiyi iki yazı da müxtəlif mövzularda olsa da, maraq doğurur. Aşağıda həmin yazılardan birini təqdim edirik:

...Dünən gecədən xeyli keçmişə kimi ZOOM proqramı ilə dünyaya səpələnmiş Azərbaycan diasporunun fəalları ilə maraqlı, bəzən  də gərgin, ancaq çox səmimi söhbətlərimiz oldu... Əsas söhbət Şuşa ətrafında baş vermiş son erməni terroru və Azərbaycan Ermənistan sərhəddində baş verən erməni təxribatı barədə idi və bu da geniş müzakirə olundu... Bundan əlavə, Azərbaycanda fəaliyyət göstərən idarə və  müəssisələrdə, özəl  şirkətlərdə dövlət dilinə laqeyd yanaşılması, yabancı dillərin Azərbaycan türkcəsini üstələməsi də geniş müzakirə olundu. Çıxışlarda bu günlərdə ölkənin qalib prezidentinin qədim Oğuz Eli Ermənistanda coğrafi adların qondarma erməni adları ilə deyil, Azərbaycanın əsl tarixi, qədim adları ilə çağırılmasını və jurnalistlərə də bunu tövsiyyə etməsi bütün natiqlər tərəfindən rəğbətlə qarşılandı və eyni zamanda dil barədə geniş müzakirələrə  yol açdı... Təəssüf hissi ilə qeyd olundu ki, hələ də Azərbaycanda bir çox iaşə obyektləri, şadlıq sarayları, restoran və kafelər yabancı adlar daşımaqdadir... Natiqlər çıxışlarında, bu yabançı adlar daşıyan şadlıq saraylarının əksəriyyətinin, Azərbaycanda yüksək vəzifə daşıyan  məmurlara aid olduğunu qeyd etdilər. İnanırıq ki, bütün  millli atributlara həssas yanaşan ölkə rəhbəri, tezliklə  bu sahəyə də diqqət ayıracaq.
***

...Bir vaxtlar Rusiyada saqqal və bığ saxlayanlardan saqqal vergisi alarmışlar. Orta əsrlərdə Avropada yabançı ad dasiyan müəssisələrdən əlavə vergi tələb edərmişlər. Bəlkə biz də bu yabancı adlar daşıyan şadlıq saraylarının yabancı sahiblərindən, ölkəyə yabancı yanaşdıqları üçün "Yabançılar Vergisi" tələb edək?...  Buyurun, bu da  yüksək çinli yabançı məmurların yabançı adlar daşıyan şadlıq sarayları...

Bakida yabançı adlar daşıyan şadlıq saraylarının bir qisminin siyahısını təqaim edirəm...

VİKTORİYA,
VENESIYA,
SAN REMO,
ROMANCE, REAL,
ORION,
OSCAR,
PLANET,
NEAPOL,
NEOLİT,
NEPTUN,
NEQARA,
NIEL,
FİLİZ,
GOLD BAKU,
GOLDEN RINQ,
GRAND,
CLEAR,
VIVA,
ELIT,
AMOR,
ASSORTI,
ABU ARENA,
AFRODITA,
AKADIYA,
MILORD,
MONO LIZA,
MONTE KARLO,
MONTE KRISTO,
MOVIDO,
KOMFORT,
KRAL,
LEGOTO,
MADONNA,
MEGA,
MEREDIAN,
MILLENNIUM,
NISSA,
HOLLYWOOD,
IDEAL,
IMPERATOR,
IMPERIAL,
KLEOPATRO,
KOLIZEY...

Ulu Tanrının bu millətə rəhmi gəlsin...

Hazırladı və təqdim etdi:

 Elçin MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN