booked.netbooked.net booked.net  

Bir müddət sosial şəbəkələrdə özünü zərərçəkmiş kimi təqdim edən, Azərbaycanın siyasi hakimiyyətini, hüquq mühafizə orqanlarını təhqir edən, günahlandıran iş adamının 90 nəfərə ziyan vurduğu bəlli olub...

Ukraynada tutularaq Azərbaycana gətirilən iş adamı Maqsud Mahmudovun barəsindəki cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçümn Bakı Ağır Cinayətlər Məhkəməsinmə göndərilib.
İş üzrə 90 nəfər zərərçəkən şəxs qismində tanınır. Qeyd edək ki, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu ötən il iyul ayında Ukrayna ərazisində tutulub.
Sentyabrın 18-də o, Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.

Maqsud Mahmudovun məhkəmə prosesinin vaxtı isə hələlik bəlli deyil.

A.Məmmdəli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN