Türkiyә Prezidenti Rәcәb Tayyib Әrdoğan: “Türkiyə Yunanıstanla müharibəyə başlamağı planlaşdırmır”.

TEZADLAR.AZ TRT-YƏ istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda verdiyi açıqlamada Yunanıstan ilә yaşanan gәrginliyi qiymәtlәndirib.

Ərdoğan qeyd edib ki, Türkiyə Yunanıstanla müharibəyə başlamağı planlaşdırmır - Yunanıstan öz sözünün üzәrindә durmur. Problem buradadır.

"Onlar 147 dәfә Türkiyәnin hava mәkanını pozub. Yunanıstan bunu etmәyә davam edәrsә biz dә üzәrimizә düşәni edәcәyik’’, - deyә Türkiyә Prezidenti vurğulayıb.

Qara dәniz üzәrindәn açılması planlaşdırılan taxıl dәhlizi mәsәlәsinә dә toxunan Rәcәb Tayyib Әrdoğan deyib: ‘‘Dostlarımız cənab Vladimir Putin və cənab Volodimir Zelenski ilə danışıqlar aparacaq. Biz vasitəçi kimi çәtinlik yaşayan ölkәlәrә buğda, arpa, günəbaxan göndərə bilərik. 20-yə yaxın gəmimiz oradadır vә  hər an yola düşməyə hazırdır” .