Dünən axşam saatlarında ölkənin şimal-qərb istiqamətindəki əraziləri güclü yağışlara meydan oldu...

"Təzadlar"ın Şamaxı və Zaqatalada işgüzar ezamiyyədə olan əməkdaşının verdiyi məlumata görə, güclü leysan Şamaxı, İsmayıllı, Oğuz və Şəkidə intensiv olsa da, Zaqatalada leysan xarakterli olub. Xüsusən də Zaqatalanın Bəhmətli, Muxax, Mamrıx və Lahıc kəndləri sel suları altında qalıb.

Güclü yağış suları bu kəndlərin təsərrüfatlarına və həyətyanı sahələrinə dolub. Güclü sel nəticəsində Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistral yolunun Lahıc və Bəhmətli kəndləri ərazisindən keçən hissəsində yol bağlanıb. Güclü leysan əkin sahələrinə və yol təsərrüfatına xeyli ziyan vurub. Əraziyə aidiyyatı qurumların əməkdaşları cəlb olunub. Xoşbəxtlikdən insan tələfatı yoxdur.

Onu da deyək ki, istirahət günü olduğundan bu bölgəyə paytaxtdan və digər rayonlardan gələn turistlər üçün də narahatlıq yaşanıb. Avtomobillərin və ictimai nəqliyyatın, xüsusən də turistləri daşıyan avtobusların hərəkətində çətinliklər olub.

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler


IMAGE
QOŞA "BEŞ"İN MÜBARƏK!
Monday, 28 November 2022
By Elman ELDAROĞLU

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA