Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev demokratik.az saytının baş redaktoru Osman Nərimanoğlunu həbs etdirib.
Bu barədə sosial mediada məlumatlar paylaşılmaqdadır. Məlum olur ki, baş redaktor müdiri nəyi var tənqid edib. Sonra da gedib görüşüb, guya dost olub. Sonra da müdir onun cibinə 1500 manat sayta kömək adı ilə pul basıb. Və baş redaktoru tutublar. Visiontv.az saytının rəhbəri Şöhrət El Dıniz bu həbslə bağlı maraqlı status paylaşıb: "Dostlar, qardaşlar, həmkarlar ya obyektiv tənqid edib, həmən sahədə olan problemi ictimailəşdirib həllinə çalışın, ya da başqa bir işlə məşğul olun. O nə deməkdir haranınsa müdiri sayta kömək etmək üçün baş redaktorun cibinə pul basıb. Pulu iki halda cibə basarlar. Pul verən ya doğurdan dostun, qardaşın, qohumundur. (Onu da jurnalist kimi yox, qohum və doğma kimi ) Ya da hansısa rəsmi qurumla müqavilən var, onların piar işi ilə məşğulsan. İkinci halda ümumiyyətlə cibə basmırlar, rəsmi qaydada hesaba köçürürlər. Bu cür cibə basılıb tutulmanın adı reketçilikdir. Elə hoqqalar çıxardırsınız ki, həmkar kimi müdafiə etməyə adamın üzü belə gəlmir. Bütün hallarda Allah və Dövlət qapısını açsın".
Bəli, təbii ki, məsələ istintaqda aydınlaşıb məhkəmədə cəza ilə yekunlaşacaq... Amma məsələ bu mənada çox qəlizdir. Ötən həftə çoxlarının tanıdığı biri həbsxanadan zəng edib ki, məni şantaj edib tutublar, siz məni tanıyırsınız, niyə müdafiə etmirsiniz? Deyirəm, səni tutmayıblar, sən özünü tutdurmusan... Pul alanda tutublar. Deyir yox, tənqid yazmışdıq... Deyirəm, vallah, "Təzadlar"dan çox tənqid yazan, şikayət çap edən yoxdu, amma bizi tutan və ya tutduran yoxdur. Çünki biz bu yazıları pul almaq və s. niyyətlə yazmırıq...
A.Məmmədli

GÜNDƏM

Jurnalistler



Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA