Hicri-qəməri təqvimi ilə bu gün Məhərrəm ayının 10-u, Aşura günüdür.

Qeyd edək ki, Miladi təqvimi ilə bu il məhərrəm ayı iyulun 30-da daxil olub. Məhərrəm ayı tarix boyu bütün səmavi dinlər tərəfindən sülh və əmin-amanlıq ayı kimi qəbul edilib, lakin hicri 61-ci ildən etibarən bu ayın onuncu günü olan Aşura yaddaşlara tarixi ədalətsizlik və hüzn günü kimi daxil olub. Aşura hadisəsində Əməvi xəlifəsi Yezidin göstərişi ilə Həzrət Peyğəmbərin (s) əziz nəvəsi İmam Hüseyn (ə), o cümlədən Rəsulullahın (s) səhabələri, Əhli-Beyt və tərəfdarları Kərbəla çölündə şəhid edilib, ailələri əsir alınıb.

Şeyx Abbas Qumi "Məfatihul-cinan" kitabında deyir: «Məhərrəm ayının onuncu günü İmam Hüseynin şəhadət günüdür. Əhli-Beyt və onların şiələri üçün kədər gündür. Şiələrin bu gün dünya işləri ilə məşğul olmamaları, yas saxlamaları və Aşura ziyarətini yerinə yetirmələri yaxşıdır».

 

Pin It

GÜNDƏM

Jurnalistler


IMAGE
ƏN BÖYÜK AĞDAMLI...
Friday, 02 December 2022
By Asif MEMMEDOV
IMAGE
QOŞA "BEŞ"İN MÜBARƏK!
Monday, 28 November 2022
By Elman ELDAROĞLU

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA