booked.netbooked.net booked.net  

 Bu gün Sosial şəbəkələrdə Şəmkir rayonunun  Xanallar kəndi, F.Ələkbərov adına tam orta məktəbin direktoru Nərxanım İsrafilovaya aid olduğu iddia olunan səs yazısı yayılıb.

Səs yazısına qulaq asanda aydın olur ki, yay tətili olmasına baxmayaraq Şəmkirin İcra başcısı Rəşad Tağıyev və Şəmkir rayon Təhsil Şöbəsinin müdiri Qüdrət Əliyev müəllimlərə rahatlıq vermirlər. Səs yazısına qulaq asdıqda daha bir ciddi məsələ diqqəti cəlb edir: məktəb direktoru Nərxanım müəllimə məlumat verir ki, İmamzadə yolunda, həmçini Şəmkir rayonunda olan Hasantəpə qəbristanlığında Aşura mərasimi qeyd olunacaq. O, həmin dini mərasimə məktəbli uşaqların buraxılmaması göstərişini verir. Direktor bunu belə izah etməyə çalışır ki, İranın ölkəmizdə işğtişaş və dini təfriqə yaratmaq təhlükəsi olduğu üçün uşaqlar ora buraxılmır və s. Lakin bəzi sosial media orqanları və saytlar direktorun bu narahatlığını başqa səmtə yozub onun əleyhinə anti-təbliğat aparırlar.

Millət vəkili Fazil Mustafa isə bu məsələyə reaksiya verərək özünün fb statusunda yazır: “Sosial şəbəkələrdəki paylaşımlarda Şəmkir rayon Xanallar kənd F.Ələkbərov adına tam orta məktəbin direktoru Nərxanım İsrafilovanın din adı ilə keçirilən mərasimdə məktəblilərin iştirakının qarşısını almaq üçün müəllimlərə etdiyi çağırış barədə yazılıb və onun səs yazısını da yayıblar. Məqalə sırf irançı mövqedən yazılıb və bu dəyərli məktəb direktorunu hədəf seçiblər. Bu cür məktəb direktoruna şəxsən təhsil naziri zəng edib təşəkkürünü bildirməlidir. Çox gözəl şəkildə Azərbaycan dövlətinin mövqeyindən çıxış edir Nərxanım müəllimə. Uşaqların sağlam yetişməsi üçün fədakarlıq edir, çünki ağlı başında olan hər kəs anlamalıdır ki, uşaqlarımızın üz tutacağı yer məktəbdir, təhsildir, idmandır. Nərxanım müəlliməni hamılıqla dəstəkləyək, bu cür cəsur pedaqoqlarımız cəhalətin qarşısında durmalıdırlar, gələcəyimizi qorumalıdırlar...”.

Bəli, bəzi meida orqanlarının və sosial şəbəkə istifadəçilərinin mövqeyindən belə anlaşılır ki, Azərbaycanda hələ də elmi təfəkkürü zəif olan, korazehinli adamlar yetərincədir...

A.Məmmədli

 

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN