booked.netbooked.net booked.net  

“Türkiyə hər zaman Azərbaycanın, Azərbaycan da hər zaman Türkiyənin yanındadır və bu belə də davam edəcək”.

Tezadlar.az CNN-TÜRK-ə istinadla xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Çavuşoğlu Azərbaycanın, xüsusən Türkiyənin olmadığı platformalarda hər zaman rəsmi Ankaranın haqlarını ən azı Türkiyə qədər müdafiə etdiyini xüsusi olaraq vurğulayıb: “Şuşa bəyannaməsi ilə müttəfiqliyimiz daha da möhkəmləndi. Dost da, düşmən də bilsin ki, can Azərbaycan heç vaxt tək deyil". O, Türkiyə və Azərbaycanın birlikdə yer aldığı üçlü və dördlü formatları diqqətə çatdıraraq, tərəflərin başda Asiyada olmaqla, bölgədə sülh üçün fəaliyyət göstərmələri ilə yanaşı, nəqliyyat və ticarət kimi sahələrdə də digər ölkələrə yardım göstərmək istədiklərini bildirib. Sitat: "Bir müddət əvvəl Bakıda Türkiyə, Azərbaycan, Qazaxıstan, Türkiyə xarici işlər və nəqliyyat nazirlərinin toplantısını keçirdik. Bundan sonra, ötən həftə Daşkənddə Türkiyə, Azərbaycan, Özbəkistanın xarici, ticarət və nəqliyyat nazirlərinin toplantısını keçirdik".

Bəli, Türkiyə və Azərbaycan bir ananın iki övladıdır və qardaş ölkələr hər zaman bir-birinin yanındadır! Bunu tarix də sübut edirb... Gələcək də göstərəcək.

A.Məmmədli

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Sali, 05 Mart 2024
By Elçin Məmmədli

Tezadlar Arxiv

İDMAN