Tezadlar.az bildirir ki, bəzi sosial media səhifələrində  etibardan sui- istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməkdə təqsirləndirilən Əliyev Şahmar Eldar oğluna Yasamal rayon məhkəməsinin hökmü ilə  bəraət verilməsi ilə bağlı informasiyalar yayılmışdır.

Baş Prokurorluğun Mətbuat Xidmətindən "Təzadlar"a bildirilib ki, bununla əlaqədar Şahmar Əliyevin tanışı Təranə Fərəcovadan məcburi köçkünlər üçün nəzərdə tutulan evlərdən mənzil alınmasına köməklik göstərməsi adı  ilə 20 min manat məbləğində pul vəsaitini alıb dələduzluq yolu ilə ələ keçirməsinə əsaslı şübhələr müəyyən olunduğundan toplanmış sübutlarla ona Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham elan edilməklə cinayət işi  baxılması üçün Yasamal rayon məhkəməsinə göndərilmişdir. Həmin  məhkəmənin 17.06.2022-ci il tarixli hökmü ilə Şahmar Əliyevə bəraət verilmişdir. 07.07.2022-ci il tarixdə dövlət ittihamçısı tərəfindən qeyd edilən hökmdən məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, eləcə də cinayət qanunu normasının düzgün tətbiq edilməməsi əsasları ilə apellyasiya protesti verilmişdir.

*** 

Bəli, bir daha məhkəmə sistemimizdəki neqativlərə Baş Prokurorluq səviyyəsində etiraz edildi. Deməli, Azərbaycanın məhkəmə sistemində ciddi islahatlara ehtiyac var. Bəs bu islahatlara kim başlamalıdır? Prezident İlham Əliyevin tapşırıqları və göstəriçləri bəs etmirmi? Sifarişli məhkəmə qərarları nə vaxtadək davam edəcək???

A.Məmmədli

 

Pin It

GÜNDƏM

Jurnalistler


IMAGE
ƏN BÖYÜK AĞDAMLI...
Friday, 02 December 2022
By Asif MEMMEDOV
IMAGE
QOŞA "BEŞ"İN MÜBARƏK!
Monday, 28 November 2022
By Elman ELDAROĞLU

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA