booked.netbooked.net booked.net  

" Mixeil Saakaşvilinin xilasının yeganə yolu onun xaricə aparılmasıdır".

Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla bildirir ki, bu sözləri sabiq prezident Mixeil Saakaşvilinin qardaşı, Qiorqi Saakaşvili deyib. Onun sözlərinə görə, hazırda Saakaşviliyə 17 fərqli diaqnoz qoyulub: "Onun sağlamlıq vəziyyəti həqiqətən də yaxşı deyil. Belə qənaətə gəlmək olar ki, Gürcüstanda onun səhhətini yaxşılaşdırmaq mümkün deyil, ona görə də xarici ekspertlərin gəlməsini gözləyirik. Mütəxəssislər vəziyyəti qiymətləndirməlidirlər ki, o, tez bir zamanda xaricə aparılsın. Artıq 14 diaqnoz qoyulub, son 3 gündə isə 3 diaqnoz əlavə olunub ki, bu da dəhşətdir. Son 3 gündə onda qızdırma da müşahidə olunub. Mixeili xilas etməyin yeganə yolu onu xaricə aparmaqdan keçir. O çox zəifdir, yemək qəbul etmir, klinikaya daxil olandan bu günədək 11 kilo arıqlayıb", - deyə Qiorqi Saakaşvili bildirib. Qeyd edək ki, Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili mayın 12-də Rustavi həbsxanasından Tbilisidə yerləşən “Vivamed” klinikasına köçürülüb.

Gürcüstanın siyasi hakimiyyəti isə Saakaşvilinin həbsdən azad edilməsində maraqlı görünmür...

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Sali, 05 Mart 2024
By Elçin Məmmədli

Tezadlar Arxiv

İDMAN