booked.netbooked.net booked.net  

«…Cəmiyyətin ayrı-ayrı bölmələrində çalışan bir sıra şəxslərin fəaliyyətləri audit yoxlamalardan keçirilmiş və bu yoxlamalar nəticəsində ciddi maliyyə və inzibati nöqsənlar aşkara çıxarılmışdır»

…Rövşən Nəcəf SOCAR-ın yeni rəhbəri təyin ediləndən təbii olaraq yeni rəhbər kadr siyasətinə, yəni dəyişikliklərə start verilib. “SOCAR PETROLEUM” QSC-yə rəhbər gələn şəxsin apardığı kadr dəyişiklikləri narazıülıqla müşaiyət olunur. Bəs buna səbəb nədir?

Neftçilərin Hüquqlarının Müdafiəsi İB-nin sədri Mirvari xanım Qəhrəmanlı bu və ya digər məsələlərlə bağlı sorğumuza belə bir cavab verib:

- Qeyd edim ki, 13 avqust 2022-ci il tarixində “SOCAR PETROLEUM” QSC-də aparılan kadr siyasəti ilə əlaqadar təşkilatımıza daxil olan məlumat haqqında FB səhifəmdə açıqlama vermişəm. Dünən “SOCAR PETROLEUM” QSC rəhbərliyi həmin açıqlamaya öz münasibətini bildirib. Əksər məqamlarla razılaşmasaq da, həmin açıqlamanı diqqətinizə çatdırıram (Müşahidələrimiz və açıqlamalarımız isə davam edəcək):

- “SOCAR PETROLEUM” QSC-nin Idarə heyəti Cəmiyyətin strukturunun təkmilləşdirilməsi və optimallaşdırılması prosesini həyata keçirilməsi ilə bağlı qərar qəbul edib. Cəmiyyətin idarə heyətinin bu qərarı verməsinə səbəb ayrı- ayrı bölmələrdə çoxsaylı pozuntular, maliyyə intizamsızlığı, işin effektivliyinin aşağı səviyyədə olması əsas olmuşdur. Yoxlamalar zamanı məlum olmuşdur ki, Cəmiyyətin bir sıra struktur bölmələrində çalışmış bəzi əməkdaşların təhsilləri peşələri ilə uzlaşmır. Bundan əlavə, Cəmiyyətin ayrı-ayrı bölmələrində çalışan bir sıra şəxslərin fəaliyyətləri audit yoxlamalardan keçirilmiş və bu yoxlamalar nəticəsində ciddi maliyyə və inzibati nöqsənlar aşkara çıxarılmışdır. Cəmiyyət rəhbərliyinin qərarına uyğun olaraq, aparılan işlər çərçivəsində struktur və bölmələrin əməkdaşları qiymətləndirilmə prosesinə cəlb olunub. Qiymətləndirilmə ilk əvvəl elektron formada- test sualları vasitəsiylə həyata keçirilir və prosesin şəffaflığı tam təmin edilir. Əlavə olaraq qeyd edək ki, qiymətləndirmə üzrə imtahandan iştirakdan imtina edən “SOCAR PETROLEUM”-un bəzi əməkdaşları öz xahişləri ilə işdən azad edilmişdir və həmin şəxslərə orta əmək haqqının beş misli dəyərində kompensasiya ödənilmişdir.  Kompensasiya ödənişi ilə bağlı xüsusi vurğulamaq lazımdır ki, SOCAR rəhbərliyinin humanist addımı nəticəsində sərbəstləşən bütün işçilərə qeyd edilən ödənişlər həyata keçirilir. Bundan əlavə, qiymətləndirilmədən keçməyən işçilərin də bəziləri gələcəkdə Cəmiyyətin strukturlarında boş vakansiya yerlərində yerləşdirilməsi nəzərdə tutulur.

Məlumatda qeyd olunan kadrlar şöbəsinin rəis müavini bundan öncədə eyni şöbədə, eyni vazifədə uzun müddətdir çalışır və hazırdada da yeni strukturda həmin vəzifədə işini davam etdirir. Maliyyə bölməsinə isə SOCAR -ın müxtəlif strukturlarında 32 illik iş təcrübəsi olan şəxs rəhbərlik edir. Təəssüf hissi ilə bildiririk ki, bəzi sosial şəbəkələrdə “SOCAR PETROLEUM”-un strukturunda aparılan optimallaşdırma işləri və işin effektivliyini artırılması fonunda həqiqətə uyğun olmayan məlumatlar yayılmışdır».

 «Təzadlar» olaraq xatırladırıq ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ölkədə neft və neft məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olan “SOCAR Petroleum” QSC-nin baş direktoru əvvəllər Rövşən Həsənov olub və o, 2021-cii ilin dekabrında bu vəzifəyə təyin edilmişdi, lakin bu ilin mayın 4-də işdən çıxarılmışdır. Həmin vəzifəyə Abdulla Tağıyev təyin olunmuşdur.

Mediada yayılan məlumatlardan bəlli olur ki, A.Tağıyev bundan əvvəl Əmlak Məsələləri Dövlət Xidmətinə məxsus "Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC-nin direktoru vəzifəsində, həmçinin Təhsil Nazirinin müşaviri vəzifəsində çalışıb. Eləcə də o, iqtisadiyyat naziri Mikayıl Cabbarovun Təhsil və Vergilər nazirliklərində müşaviri olub.

A.Məmmədli

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN