Ermənilər 30 il öncə tötətdikləri vəhşilikləri, vandalizmi yenidən törədirlər – özlərinə məxsus şəkildə.

30 il əvvəl yandırıb, söküb- dağıdaraq işğal etdikləri Laçını – Zabux kəndini indi də yandıraraq gedirlər.

Azərbaycan vətəndaşları isə 30 il əvvəl silah gücünə evlərini, yurdlarını tərk edəndə belə ev-eşiklərini yandırmadılar. Çünki onlar bilirdi ki, bu ocaq, bu yurd onlarındı, əzəli dədə-baba torpaqlarıdır və bir gün o ocağın közünə belə sahib çıxacaqlar.

Ermənilər isə həmişə biliblər ki, bu torpaqlar – Qarabağ onlara məxsus deyil, olmayacaq da. Ona görə də işğalçı kimi, talançı kimi, qəsbkar kimi... talamağa, oğurlamağa, quldurluq etməyə gəliblər.

30 il sonra isə gedirlər... Özü də yandıra-yandıra, yana-yana... Vəhşi xislətləri ilə... Necə gəlmişdilərsə, eləcə də gedirlər. Birdəfəlik!

Əşyalarını, varidatını götürüb gedirlər. 30 ilin kef-damağı bitib. Dünyaya özlərini əzilmiş, qovulmuş, didərgin salınmış kimi göstərmək istəyirlər - özgə evinə sahib çıxmışlar...

...30 il öncə bütün varidatı yağmalanmış laçınlılar isə doğma ocaqlarını əliboş tərk etmişdilər. Həm də  güllə yağışı, top mərmisi altında...

Bu gün isə bu ocağa müvəqqəti sahiblik edənlər gedir  - yandıra-yandıra. Özü də ikinci dəfə Laçını yandıraraq. Öz xislətlərinə uyğun şəkildə. O torpaqların əzəli sahibləri isə qayıdır – közü qalmış ocaqlarını alovlandırmağa, solmuş bağçalarını gülüstana çevirməyə və qəlblərinə vurulan illərin ağrısını - yaralarını sarımağa...

P.S. Qeyd edək ki, Laçın şəhərində və Zabux kəndində qeyri-qanuni məskunlaşmış ermənilər avqustun 25-dək ərazini tərki etməlidirlər.

 Videonu izləmək üçün aşağıdakı linkə daxil olun:

https://m.facebook.com/watch/?v=989069218191091&_rdr

JASMİN