booked.netbooked.net booked.net  

1992-ci ilin mayından sonra Laçına dədə yurdu kimi baxan erməni tör-töküntüləri əşyalarını toplayıb, ancaq hələ şəhəri tərk etməyiblər... Tezadlar.az Ermənistan FB istifadəçilərin səhifələrinə istinadla bildirir. Bunu həm də separatçıların Laçındakı “nümayəndəsi” Narek Aleksanyan deyib. O, 170 nəfərin Laçını tərk edəcəyini deyib. Ermənilərin hansı istiqamətə gedəcəkləri məlum deyil. Onlar ya Xankəndiyə, ya da Ermənistana köçəcəklər. Aleksanyan yeni yol boyunca yerləşən kəndlərdəki ermənilərin köçürülüb-köçürülmədiyini də bilmir. Şəhəri tərk edən ermənilərin evləri yandırmasına toxunan Aleksanyan “təhlükəsizlik problemləri”nin olduğunu və ermənilərin evləri yandırmamasına üstünlük verildiyini qeyd edib. O, şəhərdəki kilsənin üzərindəki xaç daşlarının da daşındığını bildirib.
Beləliklə, özgə torpağına göz dikməyin aqibəti belə də olmalı idi...
A.Məmmədli
Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN