ABŞ-ın vergilər Departamenti Trampa məxsus 2 şirkətin vergi fırıldaqçılığını üzə çıxarıb...

Tezadlar.az CNN-ə istinadla bildirir ki, dünən çərşənbə axşamı Nyu-Yorkun Manhetten münsiflər heyəti Tramp Təşkilatına daxil olan iki şirkəti cinayət vergi fırıldaqçılığı və biznes sənədlərini saxtalaşdırmaqda günahlandırıb. Bu barədə CNN kanalının məlumatında daha ətraflı bəhs olunur. Belə ki, "Trump Corp." və "Trump Payroll Corp." onlara qarşı irəli sürülən bütün ittihamlar üzrə təqsirli bilinib”, - deyə məlumatda bildirilir. Eyni zamanda, şirkətlərin top-menecerlərə verilən bonuslar da daxil olmaqla vergiləri ödəməmək üçün 15 ildir saxtakarlıq sxemi həyata keçirdikləri məlum olub. Donald Trampın özü və ailəsi bu işdə ittiham olunmayıb. Lakin məhkəmə prosesində prokurorlar dəfələrlə Trampın fərdi sövdələşmələrdə iştirakına işarə ediblər. Yanvarın ortalarında gözlənilən məhkəmə hökmündən sonra "Trump Organization" maksimum 1,61 milyon dollar cərimə ilə üzləşə bilər. Şirkətin özü ləğv olunma təhlükəsi ilə üz-üzə deyil, çünki Nyu-York qanunlarına əsasən şirkətin ləğvi mexanizmi yoxdur. Bununla belə, cinayət hökmü onun bizneslə məşğul olmaq və ya kreditlər və ya müqavilələr almaq qabiliyyətinə təsir göstərə bilər.
Hazırda Donald Tramp məxfi sənədləri düzgün saxlamamaq, 2020-ci il seçkilərinin nəticələrini aradan qaldırmaq cəhdləri, eləcə də “Trump Organization”un maliyyə sənədləri ilə bağlı prokurorların nəzarəti altındadır. Bundan əlavə, o, Nyu York Baş Prokurorluğundan Tramp və onun yetkin övladlarını uzunmüddətli fırıldaqçılıq sxemlərində ittiham edən 250 milyon dollarlıq mülki iddia ilə üz-üzədir.

A.Məmmədli