SOCAR-dakı yüksək əmək haqqı pay-püştü barədə "Təzadlar"ın 31 avqust tarixli sayındakı yazıda deyilənlər yerini tapdı...

Xatırladırıq ki, SOCAR Prezidenti Rövşən Nəcəf şirkətin idarəetmə və rəhbər vəzifəli şəxslərinin əmək haqlarına əlavələrin verilməsi və s. barədə 19 avqust 2022-ci il tarixli əmr imzalamışdı. Lakin NHMT-nin rəhbəri Mirvari Qəhrəmanlı həmin əmrin surətini "Təzadlar"a təqdim etməklə qəzetimizə açıqlama verdikdən sonra həmin əmrin  icrası mübahisə doğurduğundan icrası təhlükə qarşısında qaldı... Əldə etdiyimiz məlumatda bildirilirdi ki, Prezident Administrasiyasından və Nazirlər Kabinetindən tapşırıq fəqli gəldiyindən İcrasına icazə verilməyib. Axı necə ola bilərdi ki, Prezident İlham Əliyevin maaşı 15 min manat olsun, prezident Rövşən Nəcəfin maaşı isə 13 min manat??? İlham Əliyevin fəaliyyəti ilə Rövşən Nəcəfin əmək və vəzifə fəaliyyəti arasında 2 min manatlıq fərq var??? SOCAR-ın vitse-prezidentlərinin əmək haqqı da təxminən bu qədər idi...

XXX 

Bu gün TTV-yə canlı efirdə müsahibı verən NHMT-nin rəhbəri Mirvari Qəhrəmanlı həmin məşhur və qalmaqallı əmrlə bağlı şok açıqlama verib. Sitat: "...Narazılıq yarandığından yuxarıdan əmrin icrasına icazə verilməyib və...".

Daha ətraflı açıqlama aşağıda təqdim edilən videomüsahibədə: