Erməni vandallarının Qarabağdakı faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası on bir gündür davam edir.

Belə ki, dekabrın 12-də səhər saatlarından başlayan aksiya ötən gecə boyu da davam edib. Aksiya iştirakçıları gün ərzində olduğu kimi, gecədən səhərədək davamlı şəkildə isti yer, isti çay və qidalarla təmin olunublar.

Bu gün həm də qış fəsli ölkəmizin ərazisinə daxil olub və özü ilə Şuşa dağlarına da qar və şaxta gətirib. Lakin buna baxmayaraq etirazçıların sözlərinə görə aksiya keçirilən ərazidə havalar "isti" keçir. Bunu aksiyaçıların səsləndirdiyi şüarlar, ucadan oxuduqları Dövlət himnimizin sədaları da təsdiqləyir...

Aksiya davam edir. Rusiya sülhməramlıların komandanlığı isə hələki susur...

A.Məmmədli