Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-da səfərdədir...

O, ABŞ Konqresindəki müzakirələrdə çıxış edəcək. Konqresmenlər onu ayaq üstə sürətli alqışlarla qarşıladılar, əl tutub gəlişinə sevindiklərini ifadə etdilər... Bu məqam aşağıdakı videoda aydın görünür:

https://www.facebook.com/1362632722/videos/1204491996812601

Tezadlar.az CNN-ə istinadla bildirir ki, Prezident Vladimir Zelenski Vaşinqtonda ABŞ Konqresinə müraciətində gələn ili müharibədə həlledici il adlandırıb. Prezident vurğulayıb ki, Ukraynanın mübarizəsi davam edir və Kreml döyüş meydanında məğlub edilməlidir. Sitat: "İki xalqımız bu döyüşdə müttəfiqdir və gələn il, 2023-cü il bu döyüşdə həlledici vaxtdır. Bu, Ukraynanın cəsarəti və Amerika qətiyyətinin bizim azadlığımızın gələcəyinə zəmanət verməli olduğu bir dövrdür. Onların müdafiəsinə qalxan insanların azadlığı alqışa layiqdir... Dünya bir-birinə həddən artıq bağlıdır - ABŞ-dan Çinə, Avropadan Latın Amerikasına, Afrikadan Avstraliyaya qədər. Dünya bir-birindən çox asılıdır. Belə bir döyüş gedən zaman bir insanın kənarda qalması və təhlükəsiz olması üçün dünya bir-birindən çox asılıdır, bir-birimizə əl tutmalıyıq".

A.Məmmədli